Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan Neft Fondu Məsləhətçiləri cəlb etməyi nəzərdə tutur

 

Ötən çərşənbə axşamı Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı Direktoru Samir Şərifov, Fondun investisiya portfelinin idarə edilməsi məqsədi ilə xarici menecerin cəlb edilməsi haqda elan vermişdir.

 

Ümumdünya sistemində baş vermiş iqtisadi böhran və 11 Sentyabr hadisələrinin ABŞ iqdisadiyatına mənfi təsiri fondun rəhbərliyi qarşısında ötən ildə həyata keçirdiyi investisiya siyasətini daha da təkmilləşdirmək zərurətini ön plana çəkmişdir. 2001-ci il ərzində ARDNF-in valyuta vəsaitinin idarə edilməsindən əldə edilən gəlirin həcmi 14 milyon ABŞ dolları olmuş, bu da Fondun aktivləri üzrə 4 faizlik gəlirlilik səviyyəsi deməkdir.

 

Şərifov təsdiq etdi ki, "Bu, beynəlxalq maliyyə bazarlarında gedən inkişaf prosesləri nöqteyi-nəzərindən yaxşı gəlir deməkdir". Şərifovun qeyd etdiyinə görə potensial fond menecerinin kredit reytinqi AA-dən aşağı olmamalıdır. "Bizə bir çox təkliflər olunub və biz hazırda seçim üzərində işləyirik", deyən Şərifov, bu vaxta qədər Fond vəsaitlərini müstəqil olaraq idarə edirdi.

 

"Bu il, 1 barel neftinin qiyməti 18 ABŞ dollarından az olmayacağını ehtimal etməyimizə baxmayaraq, biz 2002-ci ildə Fondun büdcəsinin təkrar qiymətləndirilməsinin mümkünlüyünü də istisna etmirik" Şərifov qeyd etdi. O əlavə etdi ki, Prezident Əliyev Fondun cari illik büdcəsini təsdiq etmişdir və Fondun gəlirləri 880 milyard manat təşkil etməklə, neft sazişlərinin həyata keçirilməsindən əldə edilən gəlirlərin həcmi 717 milyard manat və xərcləri 153 milyard manat təşkil etmişdir.

 

"Bu gün Fondun vəsaiti 512,5 milyon ABŞ dolları təşkil edir. 2002-ci il yanvar ayının 1-nə Fondun vəsaitinin miqdarı 491 milyon ABŞ dolları təşkil etmişdir. Bu məbləq 2001-ci ilin yanvar ayında olan göstərici ilə müqayisə edildikdə, o zaman Azərbaycan Beynəlxalq Bankının xüsusi hesabından köçürülən vəsaitin ümumi həcmi 270,96 milyon ABŞ dolları təşkil etmişdir" Şərifov qeyd etdi. ARDNF-in direktoru, curnalistlərə Fondun cari investisiya siyasəti haqqında ətraflı məlumat verdi.

 

"Neft Fondu Almaniya Bankı (Deutsche Bank) daxil olmaqla, iki və ya üç bankın klirinq xidmətlərindən istifadə edir" deyən direktor, onu da əlavə etdi ki, Fondun istifadə edəcəyi hər bir bankın kredit reytinqi AA- səviyyəsindən aşağı olmamalıdır.

 

"Fondun normativ qaydalarına əsasən fondun investisiya portfelinin 40 faizə qədəri likvid depozitlərdə(bir ilə qədər olan bank depozitləri) və 60 faizi isə uzun müddətli investisiya qoyuluşlarında yerləşdirilə bilər. Eyni zamanda Fondun investisiya portfelinin 15-20 faizə qədəri yalnız bir banka investisiya edilə bilməz" Şərifov qeyd etdi.

 

Şərifov əlavə etdi ki, fondun vəsaiti qiymətli kağızlarda da yatırıla bilər. "Qiymətli kağızları buraxanların kredit reytinqi "A" "(Standard & Poor, Fic) və ya "A2" " (Mudiz) reytinqindən aşağı olmamalıdır" Şərifov qeyd etdi. Fondun valyuta vəsaitinin idarə edilməsi ilə bağlı qaydaların istisnası kimi, qeyd edilən kredit reytinqi üzrə şərtlər Azərbaycanın Maliyyə Nazirliyinin buraxdığı qısa-müddətli dövlət istiqrazlarının alınmasına şamil edilmir.

 

Bununla yanaşı Şərifov əlavə etdi ki, hazırda bu növ istiqrazlara investisiya qoyuluşu üçün heç bir zərurət yoxdur. "Qısa müddətli dövlət istiqrazları bazarı Neft Fondunun investisiyaları üçün çox kiçikdir" Şərifov qeyd etdi.

 

Azərbaycan Maliyyə Nazirliyi Dövlət Qiymətli Kağızlar Komitəsi ilə birlikdə 2002-ci il üçün ümumilikdə 750 milyard manatlıq (156,2 milyon ABŞ dolları) qısa müddətli istiqraz buraxılışını qeydiyyata almış, bu da Fondun cari aktivlərinin 30,5 faizinə bərabərdir.

 

ARDNF-nın direktoru həmçinin Yapon Yenində vəsaitin saxlanılmayacağını elan etdi. "Bu valyuta növü, Fondun 2002-ci il üçün nəzərdə tutulan valyuta səbətindən çıxarılmışdır" direktor qeyd etdi. Fondun vəsaiti dörd əsas valyutalarda saxlanıla bilər: ABŞ dolları, Avro, İngilis funt sterlinqi və Yen. Şərifov əlavə etdi ki, Fondun investisiya portfelinin 5 faizindən artıq olmayan həcmi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələrin investisiya aktivlərində yerləşdirilə bilər.

 

Direktorun dediyinə görə hal-hazırda fondun vəsaiti əsasən ABŞ dolları ilə qiymətləndirilir. "Fond valyuta alverçiliyinə qoşulmamalıdır. Bizim məqsədimiz valyuta alqı-satqısından daha çox uzun-müddətli investisiya qoyuluşlarını həyata keçirməkdən ibarətdir" Şərifov qeyd etdi.

 

--------------------------------------------------
Caspian Business News, 29 yanvar 2002 il