Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
AZƏRBAYCAN MHŞT-YƏ ÜZV OLMAĞA HAZIRLAŞIR

azertac [AZ]

 

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov AzərTAc bildirmişdir ki, Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq Şuraya üzv seçilə bilər. 
 
Dövlət Neft Fondu bu istiqamətdə işlərə başlamışdır. Şəffaflıq təşəbbüsünün ən fəal iştirakçılarından olan Azərbaycan bu təşəbbüsə qoşulmuş ölkələr arasında ilk olaraq hesabat hazırlamışdır. Azərbaycan ötən il şəffaflıq təşəbbüsünün yüksək səviyyədə icrasına görə BMT-nin mükafatına layiq görülmüşdür. Bundan əlavə, ölkəmiz Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsündə (MHŞT) fəal iştirak etdiyinə görə 2006-cı ildə Şəffaflıq Təşəbbüsünün Osloda keçirilən konfransında yaradılan Beynəlxalq Şuraya üzv seçilmişdir. 
 
Hazırda Şəffaflıq Təşəbbüsündə 26 ölkə təmsil olunur. Lakin bu günədək heç bir ölkə təşkilatın tam hüquqlu üzvü deyil. Gələn ilin fevralında isə Qətərdə qurumun üçüncü iclası keçiriləcəkdir. Təşkilatda ölkəmizi təmsil edən Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Azərbaycanın quruma tam hüquqlu üzv olmağa hazırlaşdığını bildirmişdir. 
 

14.09.2008  AzərTac