Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Beynəlxalq Valyuta Fondu Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətini müsbət qiymətləndirir - APA (14/05/2010)

Bakı. Nicat Mustafayev - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ötənilki fəaliyyətindən razı qalıb. «APA-Economics»in məlumatına görə, bunu Fondun IV maddə üzrə missiyasının rəhbəri xanım Ninke Omes bildirib.

Onun sözlərinə görə, 2009-cu ildə ARDNF-in fəaliyyəti yaxşı olub. Belə ki, Fond aktivlərindən yaxşı gəlir əldə edə bilib: «Hazırda ARDNF uğurlu investisiya siyasəti həyata keçirir və fəaliyyəti ilə bağlı heç bir narahatlıq yoxdur».

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun 2010-cu ilin yanvar-mart ayları ərzində büdcə gəlirləri 2 754,5 mln. manat, büdcə xərcləri isə 1 292,3 mln. manat təşkil edib. Cari ilin aprel ayının 1-nə Fondun aktivləri 2010-cu ilin əvvəlinə (14 900,4 mln. ABŞ dolları) nisbətən 9,1% artaraq 13 049,7 mln. manata (16 243,3 mln. ABŞ dolları) bərabər olub.

 

APA

 

14.05.2010