Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan mədən sənayesində şəffaflığın artırılması ilə bağlı BMT-dən dəstək istəyib

 

/APA-Economics/ 12.12.2007

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin təşəbbüsü ilə təşkilatın Nyu-Yorkda yerləşən qərargahında mədən sənayesində şəffaflığın təmin olunmasına həsr olunmuş brifinq keçirilib.

 
APA-nın məlumatına görə, tədbirdə Azərbaycanın neft və qazın hasilatından gələn gəlirlərin xərclənməsi təcrübəsi toplantı iştirakçılarının diqqətinə çatdırılıb. Dövlət Neft Fonduna daxil olan vəsaitlərin ölkə əhalisinin maraqlarına uyğun xərcləndiyini bildirən Fondun icraçı direktoru Şahmar Mövsümov bəyan edib ki, rəsmi Bakı mədən sənayesində şəffaflığın artırılmasına BMT tərəfindən dəstək istəyib. BMT radiosuna müsahibəsində Ş.Mövsümov vurğulayıb ki, bu təşəbbüs çərçivəsində Azərbaycanın neftqaz sahəsindən əldə etdiyi gəlirlər Fonda toplanır. 
 

Qeyd edək ki, Azərbaycan 2003-cü ildən Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə qoşulub. Bu günə qədər Azərbaycan hökuməti bu sahədə 7 hesabatını açıqlayıb.