Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycanın MHŞT-nin tətbiqində əldə etdiyi nailiyyətlər Avropa Yenidənqurma və İnkişaf Bankının Londonda keçirilən konfransında yüksək qiymətləndirilmişdir

 

AzərTAc xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Londondakı mənzil-qərargahında "Dövlət və qeyri-dövlət kredit keyfiyyətində şəffaflığın və dövlət idarəçiliyinin rolu" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 

 

Konfransda AYİB-in prezidenti Jan Lemyer, "Soros Fondu"nun sədri Corc Soros, Böyük Britaniyanın beynəlxalq inkişaf üzrə dövlət katibinin müavini baronessa Şriti Vadera, bir sıra iri milli neft şirkətlərinin, yüksək reytinqli agentliklərin, dövlət və qeyri-dövlət maliyyə və kredit təşkilatlarının məsul nümayəndələri iştirak etmişlər. 

 

Azərbaycanı tədbirdə ölkəmizin Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Dövlət Neft Şirkətinin Londondakı nümayəndəsi İsrafil Məmmədov və MHŞT katibliyinin rəhbəri Adil Məmmədov təmsil etmişlər. 

 

Tədbirdə Azərbaycanın Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqində əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilmiş, MHŞT-nin tətbiqinin ölkəmizin kredit reytinqinə müsbət təsir göstərdiyi xüsusi vurğulanmışdır. Eyni zamanda qeyd olunmuşdur ki, Azərbaycanın MHŞT üzrə müvafiq tədbirləri davam etdirməsi dövlətimizin reytinqinin daha da yüksək səviyyəyə qalxmasına imkan verəcəkdir. 


10.10.2007 AzərTAc