Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
"FİNANCİAL TİMES": "AZƏRBAYCANLILAR NEFT MƏNFƏƏTİNDƏN ALMANİYAYA SƏRMAYƏ QOYMAQ NİYYƏTİNDƏDİRLƏR"

 

AzərTAc xəbər verir ki, nьfuzlu "Financial Times" qəzetində Mark Şeritzin "Azərbaycanlılar neft mənfəətindən Almaniyaya sərmayə qoymaq niyyətindədirlər" sərlövhəli məqaləsi çap olunmuşdur. 

 

Ölkəmizdə səfərdə olmuş M.Şeritz yazır ki, Azərbaycan artan neft gəlirləri ilə Almaniya və digər Avropa şirkətlərində pay almağı planlaşdırır. 

 

Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin neft gəlirlərindən səmərəli və şəffaf istifadə olunması haqqında fikirlərinə toxunan müəllif qeyd edir ki, Dövlət Neft Fondunun hazırkı dövriyyəsi 2 milyard ABŞ dollarına bərabərdir. Amma hökumət bunun gələcəkdə artacağını gözləyir. 

 

Məqalədə, həmçinin Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun neft gəlirləri ilə bağlı fikirlərinə yer verilmiş, Avropanın iri maliyyə qurumlarından olan "Deutsche Bank"ın və "Credit Suisse"in fondun sərmayələrinin idarə olunmasına məsuliyyət daşıdıqları bildirilmişdir. 

 

Məqaləsini Prezident İlham Əliyevin Azərbaycanın Avropanı neft və qazla təmin etməkdə çox maraqlı olması haqqındakı fikirləri ilə başa çatdıran müəllif, dövlətimizin başçısının Azərbaycanın etibarlı təchizatçı olması, neft gəlirlərinin iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilməsi haqqında fikirlərinə toxunmuşdur. 


08.10.2007. AzərTAc