Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Ümumi məlumat

Video müsabiqə haqqında

Ölkənizdə təbii resusların nəticələrini görürsünüzmü?

Qalib seçilən videoya 5000 ABŞ dolları məbləğində mükafat təqdim ediləcəkdir.

Dramatik, sənədli, animasiya və ya qarışıq üslubda qısa videolar hazırlamaqla və “Ölkənizdə təbii resusların nəticələrini görürsünüzmü? mövzusunda video müsabiqədə iştirak etməklə mükafat (EITI Chair Award) və 5000 ABŞ dollarının sahibi ola bilərsiniz.

·        Qalib mükafat (EITI Chair Award) və 5000 ABŞ dolları qazanacaqdır.

·        Qalib MHŞT-nin sədri Kleir Şort tərəfindən 2013-cü il MHŞT Qlobal konfransında elan olunacaqdır.

·        31 dekabr 2012-ci il tarixinədək təqdim edilmiş və müsabiqənin tələblərinə cavab verən bütün videolara seçim meyarlarına uyğun olaraq baxılacaqdır.

·        Videolar həm MHŞT-ni tətbiq edən, həm də etməyən ölkələrdən təqdim oluna bilər.

Videonun məqsədi:

Videoların məqsədi təbii resurslarla zəngin ölkələrdə yaşayan insanların və fəaliyyət göstərən təşkilatların ölkədəki neft, qaz, mədən və digər hasilat şirkətlərinin ödənişləri barədə informasiyadan necə istifadə etdiklərini və ya edə biləcəklərini və bunun onların rifahına hansı formada xidmət etdiyini göstərməkdir.

Video MHŞT prosesinə marağı artırmaq, MHŞT-nin vacibliyi və təsiri haqqında məlumatlandırmanı gücləndirmək, təbii resurslarla zəngin ölkələrdə vətəndaşların MHŞT prosesinə cəlb olunmasını təmin etmək üçün vasitə olmalıdır.

Video yerli auditoriyaya xitab etməli və yerli səviyyədə MHŞT-nin təbliğinə və vətəndaşların prosesə cəlb olunmasına xidmət etməlidir.

Mövzü üçün təkliflər:

Aşağıdakı suallardan videonun hazırlanmasında bələdçi kimi istifadə edə bilərsiniz:

·        MHŞT nə haqqındadır?

·        Nəyə görə MHŞT-yə ehtiyacımız var?

-         MHŞT əhalinin rifah halının yaxşılaşdırılması, cəmiyyətdə və ölkədə təhlükəsizliyin təmin olunmasına necə xidmət edir?

·        Ölkənizdə MHŞT necə fəaliyyət göstərir?

-         Ölkədə yaşayan insanlar, ictimaiyyət və qruplar MHŞT informasiyalarından vəzifəli şəxsləri məsuliyyətli saxlamaqla resurslardan əldə olunan gəlirlərin onların ehtiyacını ödədiyini görməklə necə istifadə edir?

·        MHŞT fərq yaradırmı?

·        MHŞT-nin tətbiqindən əvvəl vəziyyət necə idi?

·        MHŞT tətbiq edildiyi halda ölkənizdə hansı pozitiv dəyişikliklər ola bilər və vətəndaşlar bundan necə faydalana bilər?

 
Seçim prosesi:

Münsiflər heyəti yarımfinala müsabiqə tələblərinə cavab verən videolar içərisindən on (10) videonu seçəcək və videolar www.facebook.com/EITI.org ünvanında göstəriləcəkdir.

10 yarımfinalçıdan 4 video (3-ü münsiflər heyəti tərəfindən, 1-i isə ictimaiyyət tərəfindən http://www.facebook.com/EITI.org -da ən çox “like” toplamaqla seçiləcək) finala buraxılacaq.

Bütün yarımfinal iştirakçıları “like” toplamaq məqsədilə öz videolarının aktiv formada ictimaiyyətə çatdırılması və yayılması üçün çalışmalıdır.

 
Müsabiqə tələbləri:

Texniki tələblər:

1-    Video 90 saniyədən az, 7 dəqiqədən çox ola bilməz.

2-    Video HD keyfiyyətdə (720p və ya 1080p) çəkilməli və təqdim olunmalıdır. 480p də qəbul olunandır.

3-    Videoların təqdim olunması üçün son tarix 31 dekabr 2012-ci ildir.

4-    Videoda istifadə olunan bütün görüntü, şəkil, musiqi və kreativ məzmun videonu istehsal edən şəxs tərəfindən hazırlanmalı və ya istifadə barədə müəllif tərəfindən icazə təqdim olunmalıdır.

5-    Video istənilən dildə hazırlana bilər, ancaq danışıq və qrafiklər ingilis, fransız və ya rus dillərinə tərcümə olunmalıdır.

6-    Əgər videonun sonunda videonun müəllifləri, aktyorlar, musiqi/musiqiçilər və digər iştirakçılar göstərilməyibsə, video ilə birlikdə bu məlumatlar da təqdim olunmalıdır.

7-    Ssenari Word formatda video və digər materiallarla birgə təqdim olunmalıdır. (EITI logo policy)

8-    MHŞT-nin loqosundan istifadə qaydalarına əməl edildiyi halda loqodan istifadəyə icazə verilir.

9-    Tələblərə cavab verdiyi halda hazır videolar da müsabiqəyə təqdim edilə bilər.

Təqdimetmə tələbləri:

·        Videonuzu və digər tələb olunan materialları e-mail vasitəsilə bu ünvana göndərin: secretariat@eiti.org

·        E-mailin mövzusunda “PUBLIC EITI VIDEO COMPETITION” və ölkənizin adını yazın. E-maildə aşağıdakı informasiyalar əks olunmalıdır:

-         Youtube-da yerləşdirilmiş videonuza keçid (link)

-         Videonun adı

-         Videonun qısa təsviri (maksimum bir cümlə, Word formatda)

-         Videonu hazırlayan şəxslərin adları, əlaqə məlumatları, qısa məlumat və şəkilləri

-         Sizin videodan istifadə hüququnuzun və ya müəllif icazənizin olduğunu elan etdiyiniz və müsabiqədə nəzərdə tutulmuş şərtlərə uyğun şəkildə istifadəsinə razı olduğunuz bəyanat.

 
Seçim meyarları:

Videolar beynəlxalq auditoriyanın maraqlarına hansı formada xitab etməsinə görə deyil, MHŞT ilə əlaqədar məsələlər, suallar və imkanları necə əhatə etməsinə əsasən mühakimə olunacaqdır.

Qaliblər aşağıdakı meyarlara əsasən müəyyən olunacaqdır:

·        MHŞT-nin tətbiq edən ölkələrin əhalisinə düzgün, dəqiq və aydın formada çatdırılması

·        MHŞT fəlsəfəsinin və insanların Təşəbbüsdən faydalanmasının  kreativ formada çatdırılması

·        Videonun məzmununun ifadəliliyi

·        Filmin çəkilmə və istehsal keyfiyyəti

Məsuliyyət həddi

Videonu müsabiqəyə təqdim etməklə, şəxs müsabiqənin bütün şərtlərini qəbul etmiş, habelə MHŞT üzrə Beynəlxalq Katibliyə videodan müəyyən olunmuş şəkildə sərbəst istifadə, sosial və media kanallarında yayımlama, MHŞT veb-saytında və digər MHŞT partnyorların veb-saytında yerləşdirmə, nəzərdə tutulmuş digər istifadələr üçün hüquq vermiş olur. MHŞT Katibliyinin video materialdan sərbəst şəkildə istifadə etmək hüququ vardır. Göstərilmiş şərtlər dəyişə bilər.

Bu müsabiqə heç bir şəkildə Facebook və ya Youtube tərəfindən maliyyələşdirilmir, idarə olunmur və onlarla əlaqəli deyildir. İştirakçılar tərəfindən hər hansı açıqlama Facebook və ya Youtube-a deyil, MHŞT üzrə Katibliyə təqdim olunmalıdır.