Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Xəbərlər arxivi

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın ilk iclası keçirilib


18/04/2017


2017-cil il 18 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 aprel 2017-ci il tarixli Fərmanı əsasında yaradılmış Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın (HSŞK) ilk iclası keçirilmişdir.

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümovun sədrliyi ilə keçirilən iclasda Komissiyanın Əsasnaməsi, Komissiyanın qərarlarının qəbulu prosesi, maraqlı tərəflərlə işbirliyinin qurulması, eləcə də 2016-cı il üzrə Şəffaflıq hesabatının məzmunu, hesabat verəcək hasilat şirkətlərinin siyahısı, auditorun seçim proseduru və digər məsələlər ətrafında müzakirələr aparılmış və müvafiq qərarlar qəbul edilmişdir.

İclasda Komissiyanın 2017-ci il üzrə Fəaliyyət planı, Hasilat Sənayesində Şəffaflıq üzrə hesabat formaları, Şərtlər toplusu müzakirə edilmiş və təsdiqlənmişdir.