Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Xəbərlər arxivi

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib


07/06/2017


7 iyun 2017-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın növbəti iclası keçirilib.

İclas zamanı Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin dövlətə ödənişləri və dövlətin yerli və xarici şirkətlərdən daxiolmaları barədə HSŞ hesabatlarını tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədi ilə keçirilən satınalma müsabiqəsinin nəticələri müzakirə edilib. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq keçirilən müsabiqədə ölkədə fəaliyyət göstərən 10 beynəlxalq nüfuzlu auditor şirkətinə müsabiqədə iştirakla bağlı dəvətlər göndərilib və bunlardan 4-ü (“RSM Azerbaijan”, “Moore Stephens Azerbaijan”, “BDO Azerbaijan”, “Baker Tilly Azerbaijan”) kotirovka təkliflərini təqdim edib. Auditor şirkətləri tərəfindən təqdim edilmiş təkliflər HSŞ Komissiyası tərəfindən qiymətləndirilib və qiymətləndirmə əsasında HSŞ Komissiyası 2016-cı il üzrə HSŞ hesabatının “Moore Stephens Azerbaijan” şirkəti tərəfindən hazırlanmasına qərar verib.

2016-cı il üzrə HSŞ hesabatını hazırlayacaq auditor şirkətinin seçilməsi ilə bağlı iclasda vətəndaş cəmiyyəti üzvləri, xarici səfirliklərin, beynəlxalq maliyyə təşkilatlarının regional nümayəndəliklərinin, Azərbaycanda fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin nümayəndələri iştirak edib.

İclasda HSŞ Komissiyasının Katibliyi tərəfindən HSŞ Komissiyasının Azərbaycanda hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərlə əməkdaşlığına dair razılaşma sənədinin layihəsinə dair şirkətlər tərəfindən təqdim edilmiş rəylər və Komissiyanın yeni yaradılacaq internet səhifəsi barədə təqdimatlar edilib.