Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Xəbərlər arxivi

Nərgiz Nəsrullayeva-Müdüroğlu Neft Fondunun İcraçı direktorunun müşaviri təyin edilib


12/06/2017


Nərgiz Nəsrullayeva-Müdüroğlu Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

Nərgiz Nəsrullayeva-Müdüroğlu bu təyinata qədər Landmark İş Mərkəzinin Biznes Əməliyyatlar üzrə direktoru, “Regus Business CentreTrading Ltd” Bakı filialında Biznes Mərkəzinin meneceri, “HSBC Bank Middle East” Bakı filialında Korporativ Müştərilər üzrə bank xidmətləri və Müştəri Xidmətləri şöbələrində mütəxəssis vəzifələrində çalışıb. 2004-2015-ci illər ərzində Azərbaycandakı Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) İcraçı direktoru olub.

N. Nəsrullayeva Qərb Universitetinin İqtisadiyyatın qanuni tənzimlənməsi fakültəsində bakalavr təhsili, ABŞ-ın Harvard Universitetinin Con Kennedi adına İdarəetmə məktəbində Dövlət İdarəçiliyi ixtisası üzrə magistr dərəcəsini alıb.