Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Xəbərlər arxivi

ARDNF-də MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının nümayəndə heyəti ilə görüş keçirilib


06/09/2017


2017-ci il sentyabr ayının 6-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini İsrafil Məmmədov ilə MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının nümayəndə heyəti arasında görüş keçirilib.

İ. Məmmədov  qonaqlara ARDNF-nin fəaliyyəti, Azərbaycan iqtisadiyyatında rolu, maliyyələşdirdiyi layihələr, vəsaitlərin idarə edilməsi və investisiya fəaliyyəti, eləcə də şəffaflığın təmin edilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib.

Görüşün sonunda ARDNF-in fəaliyyətinə dair qonaqları maraqlandıran suallar cavablandırılıb.

Qonaqlar Fondun inzibati binası və muzeyi ilə də tanış olublar.