Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Xəbərlər arxivi

ARDNF-nin İcraçı direktoru ilə Fransanın Avropa və Xarici İşlər Naziri yanında Dövlət Katibinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib


15/09/2017


2017-ci il sentyabr ayının 15-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Fransanın Avropa və Xarici İşlər Naziri yanında Dövlət Katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

 
Görüşdə ARDNF-nin fəaliyyəti, vəsaitlərin idarə edilməsi, investisiya siyasəti və Fransada yeni investisiya imkanları müzakirə edilib.

Nümayəndə heyəti Fondun muzeyi ilə tanış olub.