ARDNF - Azərbaycan Respublikası Dövlət Neft Fondu - Xəbərlər arxivi
Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Xəbərlər arxivi

HSŞ üzrə ümumiləşdirilmiş hesabatın (2016-cı il üzrə) təqdimatı keçirilib


08/12/2017


8 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın,  vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların, ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin, media nümayəndələrinin iştirakı ilə “Moore Stephens Azerbaijan” auditor şirkəti tərəfindən HSŞ üzrə 2016-cı ili əhatə edən ümumiləşdirilmiş hesabat təqdim edilib.

Təqdimat bitdikdən sonra vətəndaş cəmiyyəti, hasilat şirkətlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakı ilə HSŞ üzrə Komissiyanın iclası keçirilib. İclas iştirakçıları 2016-cı il üzrə İcmal hesabatın layihəsi, HSŞ Komissiyasının 2018-ci il üzrə İş Planı və HSŞ-nin dövlət qurumlarının gündəlik işinə inteqrasiyası (EIT Mainstreaming) ətrafında müzakirələr apararaq müvafiq  qərarlar qəbul edib.