Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Xəbərlər arxivi

Dövlət Neft Fonduna “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə ilk bonus ödənilib


30/01/2018


2018-ci il yanvarın 29-da Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk  bonus ödənişi həyata keçirilib.  

Bu saziş çərçivəsində 8 il ərzində xarici sərmayəçilər tərəfindən ARDNF-ə ümumilikdə 3,6 mlrd. ABŞ dolları həcmində bonus ödənişi edilməsi nəzərdə tutulur.

"Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları Azərbaycan (“ACG”) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS.və Türkiye Petrolleri A.O. şirkətləridir.