Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Xəbərlər arxivi

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib


02/03/2018


2 mart 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların, ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə növbəti iclası keçirilib.

İclas zamanı maraqlı tərəflərin iştirakı ilə Komissiyanın 2018-ci il üçün Fəaliyyət planı təsdiq edilib.

İclas iştirakçıları 2017-ci il üzrə HSŞ hesabatlılığı prosesi ətrafında müvafiq müzakirələr apararaq prosesə başlanılması ilə bağlı qərar qəbul edib.