Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Xəbərlər arxivi

2017-ci il üzrə HSŞ hesabatının hazırlanması üzrə İşçi Qrupun ilk iclası keçirilib


13/04/2018


13 aprel 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda hasilat sənayesində şəffaflıq üzrə 2017-ci ili əhatə edən ümumiləşdirilmiş HSŞ hеsаbatının hazırlanması məqsədi ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın üzvləri, vətəndaş cəmiyyəti və ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrindən təşkil edilmiş İşçi Qrupun ilk iclası keçirilib.

İclas zamanı HSŞ üzrə Komissiyanın və xarici və yerli şirkətlərin təqdim edəcəyi hesabatları təhlil edilərək üzləşdirmək və 2017-ci ili əhatə edən ümumiləşdirilmiş HSŞ hеsаbatlarının hazırlanmasını həyata keçirmək məqsədilə HSŞ üzrə Komissiyanın Xidmət Təklifləri Sorğusu yolu ilə elan etdiyi satınalma müsabiqəsində  iştirak edən müstəqil və ixtisaslaşmış auditor təşkilatları tərəfindən göndərilən təkliflərə baxılıb və bununla bağlı İşçi Qrupun Rəyinin hazırlanaraq Komissiyaya təqdim edilməsi qərara alınmışdır. İclasda həmçinin müvafiq hesabat formalarının təkmilləşdirilməsi, HSŞ-nin dövlət qurumlarının gündəlik işinə inteqrasiyası (EIT Mainstreaming) ilə bağlı Şərtlər Toplusunun hazırlanması barədə ətraflı müzakirələr aparılıb.