Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Xəbərlər arxivi

ARDNF-nin İcraçı direktoru Dünya İnvestisiya Forumunun 10-cu illik sessiyasında iştirak edir


25/10/2018


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov 22-26 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində  Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) təşkilatçılığı ilə keçirilən Dünya İnvestisiya Forumunun 10-cu illik sessiyasında iştirak edir. 

"Dayanıqlı İnkişafa İnvestisiyalar" mövzusunda keçirilən sessiyada yeni qloballaşma və sənayeləşmə erasında beynəlxalq investisiyalar üçün mövcud qlobal çətinliklər, investisiya tərəfdaşlarının çətinliklərin həllinə dair təşəbbüsləri və hər kəs üçün inkişafa dair qlobal tərəfdaşlığın qurulması məsələləri müzakirə edilir.

Tədbirdə dünyanın 160 ölkəsindən dövlət və özəl sektoru təmsil edən 6000-dən çox nümayəndə iştirak edir.

Ş.Mövsümov tədbir zamanı Suveren və Pensiya Fondlarının Dialoqu sessiyasında çıxış etmişdir.