Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Xəbərlər arxivi

ARDNF-də Uruqvayın Nümayəndələr Palatasının sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib


26/10/2018


2018-ci ilin 26 oktyabr tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Uruqvayın Nümayəndələr Palatasının sədri Xorxe Qandininin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. 

Görüş zamanı Şahmar Mövsümov qonaqlara ARDNF-nin tarixi, məqsəd və vəzifələri, investisiya siyasəti və investisiya portfeli, Fondun vəsaiti hesabına maliyyələşdirilən layihələr, şəffaflıq və hesabatlılığın təmin edilməsi sahəsində görülən işlər, “Santyaqo Prinsipləri”, makroiqtisadi sabitliyin və fiskal dayanıqlığın tənzimlənməsində ARDNF-nin rolu barədə məlumat verib.

Uruqvayın Nümayəndələr Palatasının sədri Xorxe Qandini Azərbaycana gəlişindən məmnunluq duyduğunu bildirib. Uruqvaydakı iqtisadi vəziyyət barədə məlumat verən Xorxe Qandini Azərbaycan və Uruqvay arasında ikitərəfli münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Nümayəndə heyəti Fondun binası və muzeyi ilə tanış olublar.