|
Xəbərlər arxivi
“Bahar Energy Operating Company Limited” şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşuldu14/02/2011 2011-ci il fevralın 11-də Azərbaycanda fəaliyyət göstərən "Bahar Energy Operating Company Limited" şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır. "Qoşulma Aktı"nı imzalamaqla "Bahar Energy Operating Company Limited" şirkəti Memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti - on dördüncü hesabat dövrü (2010-cu il) üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə hesabat verəcək.
|








