Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Xəbərlər arxivi

Neft Fondunun təşkilatçılığı ilə “Milli neft strategiyasında Dövlət Neft Fondunun yeri və rolu” mövzusunda konfrans keçirilmişdir


02/11/2011


2 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümünə həsr edilmiş “Milli neft strategiyasında Dövlət Neft Fondunun yeri və rolu” mövzusunda konfrans keçirilmişdir. 

Konfrans “Dövlət Neft Fondu milli neft strategiyasının ayrılmaz hissəsi kimi”, “Neft Fondunun investisiya siyasəti:əsas prinsiplər, mövcud istiqamətlər və gələcək prioritetlər”, “Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr:məqsəd və nəticələr”, “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi: nailiyyətlər və gələcəyə baxış” mövzularını əhatə etmişdir.

Konfransda Azərbaycan Respublikasının hökumət nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirləri, beynəlxalq təşkilatların, neft-qaz hasilatı sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil xarici ekspertlər iştirak etmişdir.