AZ  |  EN  |  Home page         

 

 
Vahid Cümşüd oğlu Axundov - Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri

1942-ci ildə anadan olub
 
Təhsili:
 
1964-cü il M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir
 
1970-ci ildən iqtisadi elmlər namizədi
 
1980-ci ildən iqtisadi elmlər doktoru
 
1987-ci ildən iqtisadiyyatın idarə edilməsi ixtisası üzrə professor
 
 
İş  təcrübəsi:
 
1970-1987-ci illər   Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat və Planlaşdırma İnstitutu - Şöbə müdiri, direktorun elmi işlər üzrə müavini, direktor

1987-1991-ci illər   Azərbaycan SSR Nazirlər Kabineti yanında Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutu - Elmi işlər üzrə prorektor

1991-1993-cü illər Azərbaycan Respublikası Prezidentinin Aparatı - Azərbaycan Respublikasının iqtisadi siyasət üzrə Dövlət müşaviri
 
1993-2005-ci illər  Azərbaycan Respublikasının İqtisadi siyasət üzrə Dövlət müşavirinin xidməti - Dövlət müşaviri
 
2005-ci ildən Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşavirinin xidməti - Dövlət müşaviri
 
Evlidir, iki övladı var