|
Elman Sirac oğlu Rüstəmov - Azərbaycan Respublikası Mərkəzi Bankının Sədri
1952-ci ildə anadan olmuşdur Təhsili: 1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1975 - 1978-ci illər aspirantura 1986-cı ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır 1990 - 1992-ci illər Moskva şəhərində doktorantura 1993-cü ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır İş təcrübəsi: 1980 - 1990-cı illər Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, bölmə müdiri 1991 - 1992-ci illər Azərbaycan Respublikası Prezident Aparatında böyük məsləhətçi 1992-ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini 1995-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir 2000-ci ilin aprelində ikinci 5 il müddətinə Milli Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir 2005-ci ilin aprelində 5 il müddətinə Milli Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir 2010-cu ilin aprelində 5 il müddətinə Mərkəzi Bankın Sədri vəzifəsinə təyin edilmişdir. Dünya Bankının Azərbaycan üzrə sədridir Evlidir, 3 övladı var
|








