AZ  |  EN  |  Home page         

 

 
Təcrübə keçənlərin təəssüratları

Nicat Ağayev

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təcrübəçiləri unikal, hərtərəfli iş və təhsil təcrübəsi ilə təmin edir. Üç ay müddətində investisiya (ön ofis), risklərin idarə edilməsi (orta ofis) və hesablaşmalar departamentlərində (arxa ofis) staj keçdim. Digər təcrübəçilər ilə yanaşı, mənə bir sıra tapşırıqlar verilmişdi və qısa bir zaman ərzində biz onları sonunda departament rəhbərlərinə təqdim etməli idik. Məhdud zaman çərçivəsi iş təzyiqini artırdığına və insanın fikrini tam olaraq iş üzərində cəmləşdirməyə vadar edtiyinə görə, ümumilikdə, bu staj mənə güclü rəqabət hissi bəxş etdi və kifayət qədər maraqlı keçdi. Lakin, Fondun işçiləri olduqca mehriban və professionaldır, hər hansı bir sual və ya şübhəniz olduğu təqdirdə, siz təcrübəli əməkdaşlara müraciət edib, onların köməyindən bəhrələnə bilərsiz. Baxmayaraq ki, təcrübə müddətində pul qazanmadım, bu təcrübənin dəyəri mənim üçün qızıla bərabərdir. Digər əməkdaşlar ilə qarşılıqlı münasibət qurmaq və öz sahəsində mütəxəssislər ilə yanaşı işləməyin nə qədər vacib olduğunu anladım.

Ümümilikdə, bu staj mənə yaxşı bilik təcrübəsi və suveren bir sərvət fondunda çalışmaq duyğusunu bəxş etdi.