Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin icrası gəlirlər 6 006 601,9 min manat, xərclər 6 086 190,0 min manat məbləğində olmaqla təsdiq edilsin.
2. Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin gəlirlər və xərclər üzrə göstəriciləri aşağıdakı kimi qəbul edilsin:
Sıra
№-si Göstəricilər Manatla
Gəlirlər 6 006 601 924
1. Fiziki şəxslərin gəlir vergisi 588 593 045
2. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 2 457 747 211
3. Əlavə dəyər vergisi 1 179 163 957
3.1. - Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi
535 056 092
4. Aksiz 402 881 138
4.1. - Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksiz 72 359 464
5. Hüquqi şəxslərin əmlak vergisi 72 350 664
6. Hüquqi şəxslərin torpaq vergisi 27 089 429
7. Yol vergisi 21 026 936
7.1. - xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi
4 319 787
8. Mədən vergisi 123 163 073
9. Sadələşdirilmiş vergi 46 774 816
10. Gömrük rüsumları 160 277 089
11.
Dövlət rüsumu 49 411 459
12. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqı 2 619 073
13. Vergi olmayan sair gəlirlər 165 763 777
14. Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar
3 060 387
15. Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar
376 228
16. Səhmlərində dövlətin payı olan banklardan və digər kredit təşkilatlarından alınan dividendlər
13 913 617
17. Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar
-
18. Qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər
300 000
19. Dövlət Neft Fondundan daxilolmalar 585 000 000
20. Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar 6 300 000
21. Təkrar borc sazişləri üzrə daxilolmalar 2 033 826
22. Aksiz markalarının satışından daxilolmalar 2 413 162
23. Ciddi hesabat blanklarının satışından daxilolmalar 232 145
24. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar
83 782 492
25. Vahid xəzinə hesabına qalığının (sərbəst qalığın) idarəetməyə verilməsindən daxilolmalar 12 328 400
Xərclər 6 086 189 981
1. Ümumi dövlət xidmətləri 468 635 918
1.1. - qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri
198 823 779
1.2. - beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri 3 549 911
1.3. - elm xərcləri 43 941 509
1.4. - başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri
5 425 775
1.5. - dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər
60 602 816
1.6. - yerli (bələdiyyə) büdcələrə verilən dotasiya 3 484 549
1.7. - Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya
152 807 579
2. Müdafiə 811 443 735
2.1. - müdafiə qüvvələri 749 751 917
2.2. - milli təhlükəsizlik 58 157 498
2.3. - müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar 2 236 976
2.4. - digər kateqoriyalara aid edilməyən xərclər 1 297 344
3. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq
431 316 409
3.1. - məhkəmə hakimiyyəti 17 613 505
3.2. - hüquq-mühafizə 376 520 122
3.3. - prokurorluq 36 795 104
3.4. - digər kateqoriyalara aid edilməyən xərclər 387 678
4. Təhsil 722 988 854
4.1. - məktəbəqədər və ibtidai təhsil xərcləri 49 587 753
4.2. - natamam və orta təhsil 438 955 065
4.3. - internat və xüsusi məktəblər 27 554 170
4.4. - texniki peşə məktəbləri və liseylər 37 350 245
4.5. - ali təhsil 57 462 480
4.6. - təhsil sahəsində tətbiqi tədqiqatlar 2 170 068
4.7. - təhsil sahəsində digər xidmətlər 109 909 073
5. Səhiyyə 257 195 993
5.1. - poliklinikalar və ambulatoriyalar 41 613 832
5.2. - xəstəxanalar 141 127 284
5.3. - səhiyyə sahəsində digər xidmətlər 4 686 465
5.4. - səhiyyə sahəsində tətbiqi tədqiqatlar 1 958 127
5.5. - səhiyyə sahəsinə aid edilən digər xidmətlər 67 810 285
6. Sosial müdafiə və sosial təminat 594 768 803
6.1. - sosial müdafiə xərcləri 578 363 013
6.1.1. -Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən ayırmalar (transfert) 278 740 000
6.2. - sosial təminat xərcləri 16 405 790
7. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət
95 295 305
7.1. - mədəniyyət və incəsənət sahəsində fəaliyyət 48 122 027
7.2. - radio, televiziya və nəşriyyat 32 519 168
7.3. - bədən tərbiyəsi, gənclər siyasəti və turizm 13 398 401
7.4. - digər kateqoriyalara aid edilməyən fəaliyyət 1 255 709
8. Mənzil və kommunal təsərrüfatı 91 858 050
8.1. - mənzil təsərrüfatı 9 193 925
8.2. - kommunal təsərrüfatı 79 355 444
8.3. - su təsərrüfatı 3 054 066
8.4. - mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər
254 615
9. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi
247 534 715
9.1. - kənd təsərrüfatı 234 101 729
9.2. - meşə təsərrüfatı 6 894 649
9.3. - balıqçılıq və ovçuluq 1 242 611
9.4. - ətraf mühitin mühafizəsi 1 502 416
9.5. - hidrometeorologiya tədbirləri 3 793 310
10. Sənaye, tikinti və faydalı qazıntılar 1 930 988 551
10.1. - tikinti 1 927 127 809
10.1.1. - dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 1 902 228 091
10.2. - faydalı qazıntılar 3 860 742
11. Nəqliyyat və rabitə 68 504 001
11.1. - nəqliyyat 68 397 026
11.2. - rabitə 106 975
12. İqtisadi fəaliyyət 11 118 787
12.1. - iqtisadi fəaliyyətin digər sahələri 80 418
12.2. - çoxsahəli inkişaf layihələri 11 038 369
13. Əsas bölmələrə aid edilməyən xidmətlər 354 540 860
13.1. - "Avtomobil Yolları" Məqsədli Büdcə Fondu 97 999 079
13.2. - ehtiyat fondları 137 891 372
13.2.1. - Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu
96 044 644
13.2.2. - Dövlət büdcəsinin Ehtiyat Fondu 41 846 728
13.3. - əsas bölmələrə aid edilməyən sair xərclər 118 650 409
13.3.1. - 2007-ci ildə xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə yaranan fərq məbləği
26 728 151
Kəsir 79 588 057
2008-ci il 01 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı
175 200 000
3. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 may 2008-ci il
№ 598-IIIQ