oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Loqo

Loqo

oil fund

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) loqosu 2009-cu ildə hazırlanmışdır və 25 noyabr 2009-cu il tarixində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (“AzPatent”) tərəfindən 2009 1441 nömrəli şəhadətnamə ilə qeydiyyata alınmışdır.

Loqonun ümumi görünüşündə ARDNF-nin fəaliyyətinin tərkib hissəsi olan, Azərbaycanın sərvətlərinin gələcək nəsillər üçün saxlanmasını özündə simvolizə edən, əlləri arasında çox əziz və qiymətli nəyisə himayə edən insan fiquru təsvir edilmişdir.


Fiqurun əlləri loqoya bənzərsiz milli kolorit verən iki buta şəklində təsvir edilmişdir.



Loqodan istifadə qaydaları üzrə təlimat

Fiqurun əlləri arasındakı sahə ölkənin ümumilikdə gələcəyinə, həmçinin ARDNF-nin ölkə və xalqın firavan gələcəyinin qurulması sahəsində fəaliyyətinə yönəlmiş baxışın göz şəklində rəmzidir.

Eyni zamanda bu baxış təsvir edilmiş fiqurun öz daxilinə yönəlmişdir. Əllərin arasındakı kürə insanın ürəyini təsvir edir ki, bu da ARDNF-nin şəffaf fəaliyyətinin simvoludur.