İnvestisiya departamentinin Daşınmaz əmlak şöbəsinin meneceri

Öhdəliklər:

•Daşınmaz əmlak portfelinin investisiya strategiyasının hazırlanıb yerinə yetirilməsində birbaşa iştirak etmək;

• Daşınmaz əmlak investisiyalarının alqı-satqısı üzrə danışıqların və yoxlamaların (due diligence) aparılması;

• Daşınmaz əmlak, maliyyə bazarlarına dair məlumatların toplanması;

Tələblər:

Təhsil: Maliyyə/Biznesin idarə edilməsi sahəsində magistr dərəcəsi və ya CFA dərəcəsi

Təcrübə: Beynəlxalq maliyyə bazarlarında 5 ildən çox analoji iş təcrübəsi;

Dil bacarığı: Azərbaycan və ingilis dilində sərbəst danışıq qabiliyyəti və yazı bacarığı vacibdir;

Kompüter bacarığı: Yüksək səviyyədə kompüter savadı. Maliyyə və statistik analiz məqsədləri üçün proqram paketlərindən istifadə vərdişləri;

Ümumi peşəkarbacarıqlar: Maliyyə bazarlarını, qiymətli kağızlara dair investisiyaları dərindən anlamaq;

Müxtəlif tipli və strukturlu maliyyə alətlərini tanımaq və onları portfelin idarə edilməsinə tətbiq edə bilmək;

Portfelin qurulması və risklərin idarə edilməsi sahəsində biliyə sahib olmaq.

Davranışla bağlı səriştələr : Liderlilk, analitik düşünmə, hesabat tərtib etmə və qərarvermə qabiliyyəti, intensiv rejimdə və kollektiv mühitində işləmək qabiliyyəti, beynəlxalq təşkilatlarla ünsiyyətqurma bacarığı.