Hüquq departamentinin baş hüquq məsləhətçisi

Öhdəliklər:

• Fondun investisiya fəaliyyəti ilə əlaqədar xarici elementli mülki hüquqi müqavilələr və digər hüquqi sənədlərə dair rəyin verilməsi və xarici hüquq məsləhətçiləri ilə birgə əməkdaşlığın idarə edilməsi;
• Fondun fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, daxili əmr və sərəncamların hazırlanmasında iştirak;
• Fondaxili sənədlərə, o cümlədən onlara edilən əlavə və dəyişikliklərə rəyin verilməsi;
• Fondun struktur bölmələrinin sorğularına əsasən praktiki işlərində əmələ gələn hüquqi məsələlər üzrə izahat, rəy və məsləhətlərin verilməsi;
• Departamentin fəaliyyət məqsədinə uyğun məsələlərlə bağlı Fondun dövlət orqanları, yerli özünüidarəetmə orqanları, məhkəmə (arbitraj), hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi;
• Departament direktorunun tapşırığı ilə departamentin məqsəd və funksiyalarına aid digər tədbirlərin həyata keçirilməsində iştirak.

Təhsil:

Ali təhsil- Master

Təcrübə:

hüquq məsləhətçisi sahəsi üzrə 5 il təcrübəsinə üstünlük verilir.

Bacarıq və nailiyyət:

Peşəkar səriştələr:

Xaricdə investisiya fəaliyyəti ilə əlaqədar müqavilələr və digər hüquqi sənədlərlə (LPA, Subscription documents, ets. ) iş təcrübəsi

Davranışla bağlı səriştələr:

Liderlik, Analitik düşüncə, Araşdırma və təhlil qabiliyyəti, Planlaşdırma və təşkilatçılıq, Təşəbbüskarlıq, Biznes etikası.

Texniki səriştələr:

MC Office proqramlarından və ofis avadanlıqlarından yüksək istifadə qabiliyyəti.

Dil bilikləri:

Azərbaycan dili və ingilis dilini mükəmməl səviyyədə bilmək tələb olunur, rus dili biliyi arzuolunandır.