Şahin Abdulla oğlu Mustafayev – Azərbaycan Respublikası İqtisadi İnkişaf Naziri

 

1965-ci ildə anadan olub.

 

Təhsili:

 

1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib.

 

İş  təcrübəsi:

 

1992-1999-cu illər Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi

1999-2000-ci illər Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi

2000-2003-cü illər Vergilər Nazirliyinin İqdisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəis

2003-2005-ci illər Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin rəisi

2005-2006-cı illər Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti

2006-cı ilin sentyabrında Vergilər nazirinin birinci müavini

2008-ci il oktyabrın 31-dən İqtisadi İnkişaf naziri

 

Ailəlidir, 3 övladı var.