Elman Sirac oğlu Rüstəmov - Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin Sədri

 

1952 - ci ildə anadan olmuşdur.

 

Təhsili:

 

1973 - ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunuXalq təsərrüfatının planlaşdırılmasıixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1975 - 1978 - ci illər aspirantura

1986 - ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

1990 - 1992 - ci illər Moskva şəhərində doktorantura

1993 - ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır.

 

İş təcrübəsi:

 

1980 - 1990 - illər Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, bölmə müdiri
1991 - 1992 - ci illər Azərbaycan Respublikası Prezident Aparatında böyük məsləhətçi
1992 - ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini
1995 - ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir.
2000 - ci ilin aprelində ikinci 5 il müddətinə Milli Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir.
2005 - ci ilin aprelindən Milli Bankın İdarə Heyətinin Sədri.

 

Evlidir, 3 övladı var.