İCRAÇI DİREKTORUN OFİSİ:
İcraçı Direktorun ofisinin rəhbəri
İcraçı Direktorun köməkçisi
İcraçı direktorun müavininin müşaviri

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDUNUN İCRAÇI DİREKTORUNUN FƏALİYYƏTİ

Azərbaycan Respublikası Dövlət Neft Fonduna Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən İcraçı direktor rəhbərlik edir.

Neft Fondunun İcraçı direktoruna Fondu qanuni olaraq təmsil etmək, işçiləri vəzifəyə təyin etmək və vəzifədən azad etmək, Fondun işini təşkil etmək, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş Qaydalara uyğun olaraq Fondun vəsaitlərinin idarə edilməsi və yerləşdirilməsi üzrə sərəncam vermək səlahiyyətləri verilmişdir.

İcraçı direktor Neft Fondunun illik büdcəsini, Neft Fondunun vəsaitinin istifadə edilməsinə dair illik proqramını hazırlayır və təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim edir.

Neft Fondunun İcraçı direktoru eyni zamanda Azərbaycan hökumətinin 2003-cü ilin noyabr ayında yaratdığı HSŞK üzrə Hökumət Komissiyanın sədridir.

NEFT FONDUNUN İCRAÇI DİREKTORUNUN KÖMƏKÇİSİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRI

  • İcraçı direktorun tapşırığına əsasən icraçılardan lazım olan sənədlərin yığılması, öyrənilməsi, məruzə edilməsi;
  • İcraçı direktorun yanında keçirilən iclas və müşavirələr üzrə hazırlıq işlərinin görülməsi, iştirakçıların xəbərdar edilməsi və qeydiyyatın aparılması, protokolların tərtibatı;
  • İcraçı direktorun tapşırıq və göstərişlərinin yerinə yetirilməsi və icraçılara çatdırılması;
  • İcraçı direktorun işinin təmin edilməsi üzrə texniki funksiyaların yerinə yetirilməsi.

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR DEPARTAMENTİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Departament fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir:

  • Fondun ictimaiyyətlə əlaqələrinin Fondun İcraçı direktoru tərəfindən təsdiq edilmiş Fondun İnformasiya Siyasətinə uyğun həyata keçirilməsinin təmin edilməsi və İnformasiya siyasəti ilə müəyyən edilmiş qaydaların tam şəkildə icrasını təmin etmək;
  • İctimaiyyəti Fonda dair informasiya ilə təmin etmək;
  • Fondun İcraçı direktorunu Fond haqqında yayılan məlumatlarla və ictimai rəylə tanış etmək;
  • Fonda dair kitab, broşür, jurnal, hesabatlar hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
  • Yerli və xarici KİV-lərlə müntəzəm əlaqə saxlamaq;
  • Yerli və xarici KİV-lərin monitorinqini aparmaq;
  • İctimaiyyətlə əlaqələr sahəsində yenilikləri izləmək və onları Fondun ictimaiyyətlə əlaqələr sahəsindəki fəaliyyətinə uyğun şəkildə tətbiq etmək;
  • Beynəlxalq və yerli tədbirlər (mətbuat konfransları, iclaslar, seminarlar, konfranslar və s.) təşkil etmək və ya təşkilində iştirak etmək;
  • Fondun internet saytının yaradılması və daim yenilənməsini təmin etmək;
  • Fondun sosial şəbəkələrdə səhifələrinin yaradılması və daim yenilənməsini təmin etmək.

HSŞK ÜZRƏ KATİBLİYİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın (HSŞK) Katibliyi fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir::

  • Azərbaycanda HSŞK prosesini monitorinq və koordinasiya etmək;
  • HSŞK-nin Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) fəaliyyətinin texniki-təşkilati təminatını həyata keçirmək;
  • ÇQ iclaslarının gündəliklərini, digər sənədləri hazırlamaq və ÇQ üzvlərinə təqdim etmək;
  • ÇQ iclaslarını təşkil etmək, protokollaşdırmaq və sənədləri arxivləşdirmək;
  • HSŞK hesabatlarının auditinin keçirilməsi prosesinə təşkilati dəstək vermək;
  • HSŞK hesabatları, Auditor rəyləri, o cümlədən HSŞK-nin Azərbaycanda tətbiqi üzrə hesabatların təqdimatını və dərcini təşkil etmək;
  • HSŞK üzrə Azərbaycanda müxtəlif tədbirlərin (iclaslar, konfranslar, sərgilər, seminarlar, dəyirmi masalar, Beynəlxalq İdarə Heyətinin iclasları və s.) keçirməsinə təşkilati və texniki dəstək göstərmək;
  • HSŞK ilə bağlı beynəlxalq və yerli tədbir (iclaslar, konfranslar, sərgilər, seminarlar, dəyirmi masalar, Beynəlxalq İdarə Heyətinin iclasları və s.) və məsləhətləşmələrdə iştirak etmək;
  • Mədən hasilatı ilə məşğul olan digər ölkələrdə Azərbaycan modelinin istifadə edilməsinin təşkilində iştirak etmək;
  • HSŞK ilə bağlı yeni məlumatların Azərbaycan HSŞK veb saytında açıqlamaq;
  • Zəruri hallarda digər vəzifələri yerinə yetirmək.

DAXİLİ AUDİT DEPARTAMENTİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Departament fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir:

  • Daxili nəzarət sistemlərinin effektivliyi və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi;
  • Risklərin qiymətləndirilməsi metodologiyası və risklərin idarə edilməsində prosedurların tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi;
  • Daxili qayda və prosedurların qiymətləndirilməsi;
  • İnformasiya idarəetmə sistemlərinin auditi və risklərin qiymətləndirilməsi;
  • Mühasibat uçotunda müxbirləşmələrin düzgün əks etdirilməsinə nəzarət və ola biləcək təhriflərin araşdırılması;
  • Müvafiq fərman və sərəncamların icrasının düzgünlüyünün yoxlanılması;
  • Daxili qayda və prosedurlara əməl olunmasının yoxlanılması;
  • Maliyyə fəaliyyətini əks etdirən müvafiq hesabatların düzgünlüyünün yoxlanılması;
  • Audit planının tərtib olunması və aparılması;
  • Uçot sistemlərinin və məlumatların düzgünlüyünə əmin olmaq və etibarlılığını qiymətləndirmək.

İcraçı direktorun müavini

SABİT GƏLİRLİ QİYMƏTLİ KAĞIZLAR VƏ PUL BAZARLARI ŞÖBƏSİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Sabit gəlirli qiymətli kağızlar və pul bazarları üzrə şöbənin əsas fəaliyyəti maliyyə bazarlarındakı mövcud vəziyyəti izləyərək sabit gəlirli qiymətli kağızlar portfeli üçün investisiya strategiyasının müəyyən edilməsi və həmin strategiyaya uyğun olaraq sabit gəlirli qiymətli kağızların alqı-satqısı üzrə əməliyyatların həyata keçirilməsidir. Eyni zamanda şöbə tərəfindən müxtəlif valyutaların alqı-satqısı, pul bazarları maliyyə alətlərindən sayılan depozitlər və qısa müddətli kommersiya kağızlarına investisiyalar və digər əməliyyatlar aparılır.

SƏHMLƏR VƏ ALTERNATİV İNVESTİSİYALAR ŞÖBƏSİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Səhmlər və alternativ investisiyalar şöbəsinin əsas fəaliyyəti səhmlər bazarının monitorinqinin həyata keçirilməsi, investisiya strategiyasının hazırlanması, mövcud strategiyaya uyğun olaraq passiv investisiyaların həyata keçirilməsi, eyni zamanda alternativ investisiyalara dair təkliflərin nəzərdən keçirilməsi və bu təkliflərin qiymətləndirilməsindən ibarətdir.

DAŞINMAZ ƏMLAK ŞÖBƏSİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Daşınmaz əmlak şöbəsinin əsas vəzifəsi kommersiya tipli daşınmaz əmlaka investisiya etməkdən ibarətdir. Şöbə daxilində əməliyyatlar, idarəetmə, tədqiqatlar, vergi və struktur komandaları fəaliyyət göstərir. Şöbənin əsas məqsədi inkişaf etmiş bazarlarda yerləşən sabit gəlirli əmlaklardan ibarət portfel yaratmaqdır.

RİSKLƏRİN İDARƏ EDİLMƏSİ DEPARTAMENTİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Risklərin idarə edilməsi departamenti optimal investisiya siyasətinin və vəsaitlərin strateji bölüşdürülməsinin təklif edilməsi üçün təhlilin və araşdırmaların həyata keçirilməsi, investisiya portfelinin risklərinin hesablanması və müşahidə olunması, investisiya qaydalarının yerinə yetirilməsinə nəzarət, investisiya portfelinin gəlirliliyinin hesablanması, investisiya fəaliyyəti ilə bağlı hesabatların hazırlanması, investisiya qərarlarının həyata keçirilməsi üçün təhlil və araşdırmaların aparılması, xarici menecerlərin fəaliyyətinə nəzarət sahəsində vəzifələri həyata keçirən Fondun struktur bölməsidir.

Departament fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir:

  • Neft Fondunun İnvestisiya siyasəti və Vəsaitlərin Strateji Bölüşdürülməsi (VSB) ilə əlaqədar təhlil və təkliflərin hazırlanması;
  • Seçilmiş VSB-yə uyğun bençmarkın seçilməsi və ya kompozit bençmarkın qurulması;
  • “Risk büdcəsi” – bençmarkdan mümkün kənarlaşmalar üzrə təkliflərin hazırlanması;
  • Risklərin ölçülməsi və idarə edilməsi;
  • Gəlirliliyin hesablanması və gəlirlilik maddələrinə görə bölüşdürülməsi;
  • Qaydalara tabe olunmasına nəzarət;
  • Hesabatların hazırlanması;
  • Riyazi təhlil, hesablamalar və araşdırmaların həyata keçirilməsi, modelləşdirmə, gələcək gəlirlər axınının modelləşdirilməsi;
  • Xarici menecerlərin fəaliyyətinə nəzarət.

MODELLƏŞDİRMƏ VƏ GƏLİRLİLİYİN ÖLÇÜLMƏSİ ŞÖBƏSİ

Şöbə fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir:

  • İnvestisiya siyasətinin hazırlanması və Bençmarkların seçilməsi ilə bağlı müvafiq təhlillərin aparılması, risk limitlərinin müəyyən olunması və təkliflərin hazırlanması;
  • Fondun investisiya portfelinə daxil olan Ənənəvi maliyyə alətlərinə dair Fondun investisiya strategiyasının yenilənməsi və nəzarət altında saxlanılması prosesində iştirak edilməsi;
  • Fondun investisiya siyasətinin tətbiqi çərçivəsində Ənənəvi maliyyə alətləri üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, tənzimlənməsi, nəzarət altında saxlanılması və müvafiq məlumat bazasının yaradılması;
  • İnvestisiya portfelinin gəlirliliyinin, Bençmarka nəzərən kənarlaşmanın və gəlirlilik üzrə bölgünün hesablanması;
  • İnvestisiya siyasətinə uyğun olaraq investisiya portfelinin maliyyə alətləri və valyutalar üzrə bölgüsünün nəzarət altında saxlanılması;
  • Müxtəlif göstəricilər üzrə ssenarilərin Fondun investisiya portfelinə təsirini müəyyən etmək məqsədilə stress testlərin və ssenari təhlillərinin həyata keçirilməsi;

ALTERNATİV İNVESTİSİYALAR ÜZRƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ ŞÖBƏSİ

Şöbə fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir:

  • Fondun investisiya portfelinə daxil olan Alternativ maliyyə alətləri üzrə Fondun investisiya strategiyasının yenilənməsi və nəzarət altında saxlanılması prosesində iştirak edilməsi;
  • Fondun investisiya siyasətinin tətbiqi çərçivəsində Alternativ maliyyə alətləri üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, tənzimlənməsi, nəzarət altında saxlanılması və müvafiq məlumat bazasının yaradılması;
  • Fondun investisiya fəaliyyəti ilə əlaqədar Komplaynsın səmərəli icrasını təmin etmək məqsədilə müvafiq daxili normativ sənədlərin yaradılması, mütəmadi olaraq təkmilləşdirilməsi və Fond daxilində tətbiqinin təşkil edilməsi;
  • Fondun investisiya fəaliyyətinin “Valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”, illik əsasda təsdiq olunan “İnvestisiya Siyasəti”, Fondun İcraçı direktoru tərəfindən təsdiq edilən aidiyyatı daxili normativ sənədlərə, habelə investisiya portfelinin xarici menecerlərə idarəedilməyə verilmiş hissəsi ilə bağlı xarici menecerlərin fəaliyyətinin müvafiq investisiya mandatları ilə uyğunluğuna nəzarətin həyata keçirilməsi;
  • Fondun investisiya fəaliyyəti ilə bağlı beynəlxalq maliyyə tənzimləmələri üzrə dəyişikliklərdən irəli gələn risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, tənzimlənməsi və nəzarət altında saxlanılması;
  • Fondun investisiya fəaliyyəti ilə əlaqədar tərəf müqabillərinin sorğular və araşdırmalar vasitəsilə təhlili, onlar tərəfindən ünvanlanan sorğuların cavablandırılması;

MALİYYƏ VƏ ƏMƏLİYYATLAR MÜDİRİYYƏTİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Müdiriyyət fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir:

  • perspektiv və illik maliyyə planlarının, xərclər smetasının tərtib edilməsi;
  • maliyyə-mühasib işlərinin təşkili, pul vəsaitlərinin daxil edilməsi, saxlanılması və istifadəsinə, əməliyyatların mühasibat uçotlarında düzgün əks etdirilməsinə nəzarət;
  • maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı nəzarət-təftiş işləri, bu sahədə iqtisadi təhlil, statistik və digər hesabatların tərtibatının təmin edilməsi;
  • maliyyə risklərinin təhlili, qiymətləndirilməsi və maliyyə vəsaitlərinin səmərəli istifadə edilməsi üzrə təkliflərin hazırlanması;
  • vergi üzrə ödəmələrin həyata keçirilməsinə nəzarət;
  • mühasibat sənədlərinin saxlanılması və arxivə təhvil verilməsinin təşkili;
  • tabeliyində olan işçilərə rəhbərlik edilməsi, onların fəaliyyətinin istiqamətləndirilməsi.

MÜHASİBAT UÇOTU VƏ HESABATI DEPARTAMENTİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Departament fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir:

  • Beynəlxalq Mühasibat uçotu Standartları əsasında mühasibat uçotu siyasətinin hazırlanması və tətbiqi, ona nəzarətin həyata keçirilməsi və zərurət yarandıqda əlavə və ya dəyişikliklərin edilməsi;
  • Mühasibat uçotu və hesabatı üzrə müvafiq qaydalar, təlimatların hazırlanması və onlara nəzarətin həyata keçirilməsi;
  • Azərbaycan Respublikasının Prezidenti tərəfindən Neft Fondunun təsdiq olunmuş büdcəsinin icrasına daimi nəzarətin həyata keçirilməsi;
  • Daxili sistemdə mühasibat uçotunun təşkili səviyyəsini yüksəltmək üçün digər yerli və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq və lazımi informasiya mübadiləsinin aparılması;
  • Mühasibat uçotu və hesabatı sahəsində digər işlərin yerinə yetirilməsi.

BÜDCƏ VƏ PROQNOZLAŞDIRMA ŞÖBƏSİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Şöbə fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir:

  • İqtisadi təhlil, makroiqtisadi modelləşdirmə və strateji araşdırma;
  • Fondun gəlir və xərcləri haqqında proqnozların hazırlanması;
  • Fondun büdcə layihəsinin hazırlanması;
  • Fondun Müşahidə Şurasının fəaliyyətinin təşkili.

LAYİHƏLƏR ŞÖBƏSİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Layihələr şöbəsi Fondun vəsaiti hesabına maliyyələşdirilən layihələrin icrasının monitorinqi sahəsində aşağıdakı funksiyaları yerinə yetirir:

  • Fondun təsdiq edilmiş büdcəsinin icrası çərçivəsində Layihələrin icrasını həyata keçirən təşkilatların Fonda təqdim etdikləri materialları təhlil edir;
  • Layihələr üzrə istifadə olunmuş vəsaitlərin dəqiq uçotunu aparır;
  • Layihələr üzrə vəsaitlərin səmərəli istifadə olunmasının monitorinqini aparır;
  • Layihələrin icrasını həyata keçirən qurumlar ilə əlaqə yaradır;
  • Layihələrin icrasını həyata keçirən qurumlara faktiki görülən işlərə görə ödənişlərin edilməsi barədə Fondun İcraçı direktoruna təkliflər verir;
  • Layihələr üzrə vəsaitlərin istifadəsi vəziyyəti barədə İcraçı direktora məlumat verir, müvafiq təkliflər irəli sürür;
  • Layihələr üzrə vəsaitlərin istifadəsi vəziyyəti barədə arayışlar hazırlayır;
  • Layihələrin həyata keçirilməsi vəziyyəti və müvafiq məsələlərin müzakirəsi ilə bağlı aidiyyəti qurumların təşkil etidiyi tədbirlərdə iştirak edir.

NEFT KONTRAKTLARI DEPARTAMENTİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Departamentin fəaliyyətinin əsas məqsədi Azərbaycan Respublikası ilə xarici sərmayəçilər arasında bağlanmış Azərbaycan Respublikasında, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan hissəsində neftin və qazın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlərin, habelə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və nəqlinə dair digər sazişlərin həyata keçirilməsindən əldə edilən gəlirlər, Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər, neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı dövlətə sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar), karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün dövlətə ödənilən akrhesabı ödənişlər, neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının payına düşən dividendlər və mənfəətin bölüşdürülməsindən əldə edilən gəlirlər, neftin və qazın ixrac boru kəmərləri vasitəsi ilə ötürülməsindən əldə edilən gəlirlərə dövlət tərəfindən nəzarəti həyata keçirməkdən ibarətdir.

Departament fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir:

  • Hasilatın Pay Bölgüsü və nəqliyyat sazişlərinin monitorinqi, əsas göstəricilərinin və kommersiya prinsiplərinin təhlili, qiymətləndirilməsi və təkliflərin verilməsi, sazişlərin məlumat bazasının təşkili;
  • Hasilatın Pay Bölgüsü və nəqliyyat sazişləri üzrə büdcə planlaşdırılmasında iştirak və büdcə icrasına nəzarət;
  • Hasilatın Pay Bölgüsü və nəqliyyat sazişləri üzrə pay bölgüsü və kommersiya məsələləri ilə bağlı daxil olan müraciətlərin təhlili və təkliflərin hazırlanması;
  • Hasilatın Pay Bölgüsü və nəqliyyat sazişləri üzrə Dövlətin payına düşən gəlirlərin proqnozlarının hazırlanması;
  • Hasilatın Pay Bölgüsü və nəqliyyat sazişlərində dövlət maraqları üzrə nümayəndəlik funksiyaları;
  • Hasilatın Pay Bölgüsü və nəqliyyat sazişləri üzrə maliyyə modellərinə nəzarət;
  • Hasilatın Pay Bölgüsü və nəqliyyat sazişləri üzrə dövlət payının maliyyələşdirilməsində iştirak və nəzarət;
  • Hasilatın Pay Bölgüsü sazişləri üzrə hasil edilən neftin satışının və əldə olunan mənfəət neftinin bölüşdürülməsi məqsədilə Neftin Birgə Satışı barədə Sazişlərin hazırlanması və onların icrasına nəzarət;
  • Neft-qaz əməliyyatları ilə bağlı hesabatların monitorinqi, qiymətləndirilməsi və rəylərin verilməsi;
  • İri hasilatın pay bölgüsü sazişləri üzrə illik iş proqramlarının tərtib edilməsində və qəbul olunmasında iştirak;
  • Enerji layihələrinin əsas göstəricilərini və kommersiya prinsiplərini təhlili, qiymətləndirilməsi və icrasına nəzarət;
  • Dövlətin payına düşən mənfəət neftinin alternativ bazarlarda satış qiymətinin analizi;
  • Hasilatın Pay bölgüsü və nəqliyyat sazişləri üzrə sərmayəçilərin qarşısında dövlətin payına düşən öhdəliklərin icrası.

TƏHLÜKƏSİZLİK DEPARTAMENTİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Təhlükəsizlik departamenti Fondda təhlükəsizliyin təmin olunması sahəsindəki fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir:

  • informasiya təhlükəsizliyi;
  • informasiya texnologiyalarının təhlükəsizliyi;
  • siqnalizasiya avadanlıqları təhlükəsizliyi;
  • mühafizə;
  • ümumi təhlükəsizlik.

İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ŞÖBƏSİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

İnformasiya Təhlükəsizliyi (İS) şöbəsi Fondun İnformasiya Texnologiyaları (İT) infrastrukturunun davamlı monitorinqini həyata keçirir, onun təhlükəsiz və fasiləsiz işləməsi üçün qabaqlayıcı tədbirlər tətbiq edir və aşağıdakı əsas istiqamətlər üzrə fəaliyyət göstərir:

  • Fondun strategiyasına və işgüzar tələblərinə uyğun olaraq İnformasiya Təhlükəsizliyinin adekvat və müasir tələblərə cavab verən səviyyədə təmin edilməsi;
  • İT infrastruktura idxal və ixrac olunan məlumatların tamlığına, mötəbərliyinə, təhlükəsizliyinə, əlçatanlığına, etibarlılığına, məxfiliyinə davamlı nəzarətin həyata keçirilməsi;
  • İT infrastrukturun bütün ünsürlərinin mərkəzləşdirilmiş şəkildə monitorinqi və canlı (on-line) analizi;
  • Server və işçi stansiyaların mərkəzləşdirilmiş şəkildə sistem yeniləmələrilə (system updates) təmin edildiyinin nəzarətdə saxlanılması;
  • İT infrastrukturda mərkəzləşdirilmiş şəkildə quraşdırılmış lisenziyalı antivirus proqramının işlək vəziyyətdə olduğunun davamlı yoxlanılması;
  • İnternet trafikin analizi, məzmun filtirlərinin (content filter) yenilənməsi və davamlı monitorinqinin həyata keçirilməsi;
  • Parol və şifrələrin idarə edilməsi, yalnız avtorizə edilmiş istifadəçilərin müvafiq sistemlərə daxil olduğuna davamlı nəzarət edilməsi;
  • Şübhəli halların İT şöbəsi ilə birlikdə dərhal araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi;
  • Bütün istifadəçilərin informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının müasir tələblərə uyğunlaşdırılması;
  • Valyuta ehtiyatlarının idarə edilməsi ilə məşğul olan xarici şirkətlərin informasiya təhlükəsizliyi sahəsində təcrübələrinin öyrənilməsi və yeniliklərin Fondun strategiyasına uyğun olaraq razılaşdırılmış şəkildə tətbiq edilməsi.

MÜHAFİZƏ ŞÖBƏSİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Şöbə fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir:

  • Fondun inzibati binasının, tikili və ərazilərinin etibarlı qorunmasını təşkil etmək;
  • Fondun inzibati binasında, tikili və ərazilərində buraxılış və obyektdaxili rejimləri təmin etmək;
  • Fondda təhlükəsizlik siqnalizasiyası avadanlıqlarının layihələşdirilməsi, quraşdırılması və istismarı ilə əlaqədar təkliflər vermək;
  • Fondda işçilərin və əmlakın hüquqa zidd qəsdlərdən mühafizəsini təmin etmək.

HÜQUQ DEPARTAMENTİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Departament fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir:

  • Fondun fəaliyyətində qanunvericiliyin tətbiqinin səlahiyyəti daxilində təmin edilməsi;
  • Fondun müvafiq struktur bölmələrinə investisiya fəaliyyətinin həyata keçirilməsində hüquqi yardımın göstərilməsi;
  • Fondun təşkilati strukturu və idarəetmə sisteminin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasında iştirak edilməsi;
  • Fondun struktur bölmələrinin sorğularına əsasən praktiki işlərində əmələ gələn hüquqi məsələlər üzrə izahat və məsləhətlərin verilməsi, qüvvədə olan qanunvericilik və onun tətbiqi üzrə lazımi materiallarla təmin edilməsi;
  • Fondun bağladığı təsərrüfat və digər mülki-hüquqi xarakterli müqavilələrin tərtibində iştirak edilməsi və onların hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Hüquq məsələləri ilə bağlı Fonda daxil olan şikayət, ərizə və müraciətlərə baxılması və qanunvericiliyə müvafiq cavabların hazırlanması;
  • Tələb olunduqda İcraçı direktor üçün qüvvədə olan qanunvericilik üzrə arayış xarakterli materialların hazırlanması;
  • İcraçı direktorun imzasına verilən əmr və sərəncam layihələrinin qanunvericiliyə uyğunluğunun yoxlanılması;
  • Fondun daxili normativ sənədlərinə əlavə və dəyişikliklərin edilməsi, hüquqi qüvvəsini və əhəmiyyətini itirmiş normativ sənədlərin ləğv edilməsi barədə layihələrin hazırlanmasında iştirak edilməsi və ya onlara rəy verilməsi;
  • Fonda daxil olan normativ hüquqi aktların layihələrinə dair verilən rəylərin hazırlanmasında iştirak edilməsi;
  • Fondun təşəbbüsü ilə təqdim edilən normativ hüquqi aktların (qanun, fərman, qərar və s.) layihələrinin digər struktur bölmələrlə birgə və ya müstəqil hazırlanmasının təmin edilməsi;
  • İcraçı direktorun tapşırığı ilə Fondun hüquqlarının və qanuni maraqlarının məhkəmədə və digər şəxslərlə münasibətdə hüquqi müdafiəsi;
  • Fondun fəaliyyətində hüquqi məsələlərlə bağlı digər tədbirlərdə iştirak edilməsi.

İNZİBATİ DEPARTAMENTİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Departament fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir:

  • Respublikamızda Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində çalışan xarici neft şirkətləri ilə əlaqəli şəkildə iş birliyi qurmaq;
  • Xarici neft şirkətləri tərəfindən Fonda təhvil verilməsi nəzərdə tutulan aktivlərin qəbulu, qorunub saxlanması, müəyyən olunmuş qaydada ayrı-ayrı nazirlik və təşkilatlar arasında bölüşdürülməsi və realizə edilməsi sahəsində işlər aparmaq;
  • Fondda informasiya texnologiyaları sisteminin daim işlək vəziyyətdə saxlanılmasını və yüksək texnoloji standartlar səviyyəsinə çatdırılmasını təmin etmək;
  • İT sisteminin inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etməklə daim yeniləşdirilməsi, təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində iş aparmaq və ən müasir texnologiyanın tətbiq olunmasına nail olmaq;
  • Fondun inzibati binasında təmizliyin təmin edilməsi, kommunal təchizat sistemlərinin, Fondda istifadə edilən yardımçı avadanlıqların (lift, kondisioner, anten qurğuları və s.) işlək vəziyyətdə saxlanılması, Fonda daxil olan və xaric olan korespondensiyanın qəbulu, qeydiyyatı və göndərilməsi, icraatı başa çatmış sənədlərin struktur bölmələrdən götürülərək arxivləşdirilməsini təmin etmək.

ÜMUMİ ŞÖBƏNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Ümumi şöbə fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir:

  • Daxil olan və göndərilən sənədlərin rəsmiləşdirilməsi;
  • Sənədlərin icrasına nəzarət;
  • Kargüzarlıqda başa çatmış sənədlərin arxivə təhvil verilməsi və vaxtı keçmiş sənədlərin müvafiq qaydada ləğvi;
  • Xidməti sənədlərin mühafizəsi;
  • Struktur bölmələrin rəhbərləri ilə birgə cari kargüzarlığın nomenklaturunun tərtib edilməsi;
  • Kuryer xidmətinin təşkili.

İNZİBATİ İDARƏETMƏ ŞÖBƏSİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

İnzibati idarəetmə şöbəsi fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir:

  • ARDNF-nin balansında olan daşınmaz əmlakların qorunması və funksionallığının təmin edilməsi;
  • Daşınmaz əmlakın (bundan sonra inzibati bina) kommunal xidmətlərinin (işıq, qaz, su, rabitə) fasiləsiz istismarının təmin edilməsinə nəzarət;
  • İnzibati bina üzrə əsaslı və cari təmir işlərinin təşkili, aşkar olunmuş nasazlıqların aradan qaldırılması;
  • İnzibati bina üzrə tələb olunan qiymətləndirmələrin və hesabatların hazırlanması;
  • İnzibati binanın funksionallığına dair şöbə daxili texniki qrupun dəstəyi;
  • ARDNF-nin kollektivinin yerləşdiyi inzibati binada işgüzar şəraitin təmin edilməsi;
  • Struktur bölmələrin təsərrüfat malları (mebel, dəftərxana ləvazimatı və s.) ilə təmin olunması;
  • İnzibati binanın daxilində və eləcədə fasad hissəsində təmizlik işinin təşkili;
  • Əməkdaşların gündəlik nahar yeməyi ilə təmin olunmasının təşkili və nəzarət;
  • Xidməti avtomobillərin təmin edilməsi və işlək vəziyyətdə saxlanılması;
  • Fond daxili və Fond xarici tədbirlərin, görüşlərin, konfransların təşkilində iştirak etmək.

MATERİAL TEXNİKİ TƏCHİZAT ŞÖBƏSİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Material texniki təchizat şöbəsi fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir:

  • Malların və xidmətlərin əldə olunmasının təşkili ilə əlaqədar müvafiq satınalma prosedurunun həyata keçirilməsi və satınalma müqavilələrinin hazırlanması və rəsmiləşdirilməsində iştirak etmək;
  • Aralıq anbarı yaratmaq və idarə etmək;
  • Təchiz olunmuş malların müvafiq qaydada qeydiyyatını aparmaq və bölgünü həyata keçirmək;
  • Əsas vəsaitlərin inventarizasiyasının aparılmasında iştirak etmək;
  • Xarici neft şirkətlərindən qəbul edilmiş aktivləri idarə etmək.

İNSAN RESURSLARI DEPARTAMENTİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Departament fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir:

  • Fondda kadr siyasətinin həyata keçirilməsi;
  • İnsan resursları üzrə işlərin təşkili;
  • Kadrların seçilməsi, işə qəbulu və yerləşdirilməsi, işçilərin başqa işə keçirilməsi, vəzifələrin böyüdülməsi, ixtisas və peşəkarlığın artırılması ilə əlaqədar sənədləşdirmə işləri;
  • Kadrlar üzrə cari və perspektiv planların, tələbat haqqında məlumat və hesabatların hazırlanması;
  • İşçilərin ixtisaslaşması, təcrübə toplamaq üçün kurslara və ezamiyyətə göndərilməsi ilə bağlı sənədlərin hazırlanması;
  • İşlənmiş, işdən əlavə işlənilən vaxt və əmək intizamının pozuntuları ilə bağlı sənədləşdirmə işləri;
  • İşçilərin şəxsi həyatı, şərəf və ləyaqəti ilə bağlı məlumatların gizli saxlanılması, xidmət etikası normalarına riayət edilməsinə nəzarət;
  • Kadrlar və əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak;
  • Fondun struktur bölmələrində şəxsi heyətin və kadrların qəbul olunmuş sənədlərinin uçotunun aparılması;
  • Əmək intizamının vəziyyəti, mükafatlandırma, təltif və inzibati tənbeh ilə bağlı sənədləşdirmə işləri və hesabatların tərtibi;
  • Fondda motivasiya sisteminin təşkili və həyata keçirilməsi.

BÜDCƏ PROQNOZLAŞDIRMA VƏ LAYİHƏLƏR DEPARTAMENTİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Departament Fondda proqnozlaşdırma işinin təşkili, Fondun büdcə layihəsinin hazırlanması və Fondun vəsaiti hesabına həyata keçirilən layihələrin maliyyələşdirilməsinin təşkili istiqamətində fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir:

  • Fondun gəlir və xərcləri haqqında proqnozların hazırlanması;
  • Fondun büdcə fəaliyyətinin təşkili;
  • İqtisadi təhlil və strateji araşdırma;
  • Makroiqtisadi modelləşdirmə;
  • Fondun Müşahidə Şurasının fəaliyyətinin təşkili;
  • Fondun vəsaiti hesabına həyata keçirilən layihələrin maliyyələşdirilməsinin təşkili.

İNFORMASİYA TEXNOLOGİYALARI ƏMƏLİYYATLAR ŞÖBƏSİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

İnformasiya Texnologiyaları Əməliyyatlar şöbəsi Fondun İT infrastrukturunun inzibatçılığını həyata keçirir, onun fasiləsiz, keyfiyyətli və səmərəli işləməsini təmin edir və aşağıdakı əsas istiqamətlər üzrə fəaliyyət göstərir:

  • İT resursları hərtərəfli idarə etmək;
  • Fiziki və virtual serverləri idarə etmək;
  • Telekommunikasiya avadanlıqları, internet bağlantıları və daxili telefon sistemini idarə etmək və texniki dəstəyi təmin etmək;
  • Məlumat bazalarının inzibatçılığı və texniki dəstəkləmək;
  • Daxili resurslar (sistemlər) üçün proqram təminatlarını yaratmaq və daim yeniləmək;
  • Məlumatları araşdırmaq, sınaqlar aparmaq və nəticələri təhlil etmək;
  • Fondun rəsmi internet səhifəsini idarə etmək və texniki dəstəklənməsini təmin etmək.

İNFORMASİYA TEXNOLOGİYALARI DƏSTƏK QRUPUNUN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

İnformasiya Texnologiyaları Dəstək Qrupu Fondun əməkdaşlarının Fondun İT infrastrukturuna dair sorğularının tez bir zamanda cavablandırılmasını təmin edir və aşağıdakı əsas istiqamətlər üzrə fəaliyyət göstərir:

  • Əməkdaşların İT sorğularına cavab verilməsi, proqram təminatları istifadəsində texniki dəstək;
  • İşçilərin İT avadanlıqları ilə təmin olunması;
  • Yeni avadanlıqların quraşdırılması, əməliyyat sistemlərinin yazılması, texniki sazlamaların aparılması;
  • İstifadəçilərin işçi stansiyalarının, periferiya avadanlıqlarının və lisenziyalı proqram təminatlarının texniki dəstəklənməsi;
  • Kabellərin çəkilməsi, kanalların yoxlanması;
  • İstifadəçi stansiyalarda yaranmış problemlərin ilkin araşdırılmalarının aparılması.

HESABLAŞMALAR DEPARTAMENTİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Departament fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir:

  • Fondun pul vəsaitlərinin maliyyə bazarlarında yerləşdirilməsindən sonra bağlanmış əqdlər üzrə şərtlərin uyğunluğunun yoxlanılması, hesablaşmaların aparılması və hesabların tutuşdurulması;
  • Ödənişlərlə bağlı yaranmış maliyyə iddialarının araşdırılması və onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi;
  • Fondun maliyyə təşkilatlarında hesablarının açılmasına dair sənədləşdirmə işlərinin aparılması.

İNVESTİSİYA DEPARTAMENTİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Departament Fondun valyuta ehtiyyatlarının idarə edilməsi, daşınmaz əmlaka investisiya ilə məşğul olur və aşağıdakı əsas istiqamətlər üzrə fəaliyyət göstərir:

  • Maliyyə bazarlarında cari vəziyyətin monitorinqi, investisiya siyasəti üzrə təkliflərin hazırlanması;
  • Maliyyə və daşınmaz əmlak bazarlarına, investisiyalara, səhm və istiqrazlara dair məlumatların təhlili;
  • Strategiyaya uyğun qiymətli kağızların axtarılması və təkliflərin hazırlanması;
  • Qiymətli kağızların alqı-satqısı;
  • Daşınmaz əmlakın alqı-satqısı;
  • İnvestisiya sahələrinin müəyyən edilməsi üçün maliyyə qurumlarında məlumat şəbəkəsinin yaradılması;
  • Portfeldə olan qiymətli kağızların gündəlik monitorinqi;
  • Yeni maliyyə alətlərinin öyrənilməsi və onların tətbiqi üzrə təkliflərin hazırlanması;
  • Kontragent banklarla əlaqələrin saxlanılması.

İNFORMASIYA TEXNOLOGIYALARI DEPARTAMENTININ ƏSAS FƏALIYYƏT ISTIQAMƏTLƏRI

İnformasiya Texnologiyaları (İT) şöbəsi Fondun İT infrastrukturunun inzibatçılığını həyata keçirir, onun fasiləsiz, keyfiyyətli və səmərəli işləməsini təmin edir və aşağıdakı əsas istiqamətlər üzrə fəaliyyət göstərir:

  • Fondun strategiyasına və işgüzar tələblərinə uyğun olaraq İT resursların optimal planlaşdırılması;
  • İT resursların hərtərəfli idarə edilməsi;
  • Fiziki və virtual serverlərin idarə edilməsi, onlara quraşdırılmış lisenziyalı proqram təminatlarının texniki dəstəklənməsi;
  • İstifadəçilərin işçi stansiyalarının, periferiya avadanlıqlarının və lisenziyalı proqram təminatlarının texniki dəstəklənməsi;
  • Telekommunikasiya avadanlıqları, internet bağlantıları və daxili telefon sisteminin idarə edilməsi və texniki dəstəklənməsi;
  • Fondun ərazisinə giriş-çıxışa nəzarət və perimetrin video-müşahidə sistemlərinin texniki dəstəklənməsi;
  • İstifadədə olan məlumat bazalarının inzibatçılığı və texniki dəstəklənməsi;
  • İnformasiya Təhlükəsizliyi şöbəsinin müraciəti əsasında müvafiq məlumatların araşdırılması, sınaqların aparılması, nəticələrin analizi və hesabatların hazırlanması;
  • Fondun rəsmi internet səhifəsinin idarə edilməsi və texniki dəstəklənməsi;
  • İT şöbəsinin əməkdaşlarının və bütün istifadəçilərin İT sahəsində bilik və bacarıqlarının müasir tələblərə uyğunlaşdırılması;
  • Valyuta ehtiyatlarının idarə edilməsi ilə məşğul olan xarici şirkətlərin İT sahəsində təcrübələrinin öyrənilməsi və yeniliklərin Fondun strategiyasına uyğun olaraq razılaşdırılmış şəkildə tətbiq edilməsi.

İCRAÇI DİREKTORUN OFİSİNİN RƏHBƏRİ