oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Adil Əliyev-Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini

Adil Əliyev-Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini



Doğulduğu tarix

1969-cu ildə anadan olmuşdur.

Təhsili

1987-1992-ci illər Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyası

1994-1998-ci illər Daxili İşlər Nazirliyinin Polis Akademiyası, hüquqşünaslıq ixtisası üzrə

2002-2004-ci illər Bakı Dövlət Universitetinin hüquq üzrə magistrı

2007-2010-cu il Bakı Dövlət Universitetinin hüquq üzrə aspirantı

2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Ailə vəziyyəti

Evlidir, üç övladı var.

İş təcrübəsi

1992-1993-cü illər Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib.

1994-2003-cü illər Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə — Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib.

2003-2005-ci illər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyib, polis polkovnik-leytenantıdır.

2005-2020-cu illər Azərbaycan Respublikasının Milli Məclisin III, IV, V və VI çağırış deputatıdır.

2009-cu ildən Müstəqil Dövlətlər Birliyinin Müdafiə və Təhlükəsizlik Komitəsinin Sədr müavini

10 mart 2020-ci il Milli Məclisin Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri seçilmişdir.