oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Elman Rüstəmov - Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Elman Rüstəmov - Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

oil fund

Doğulduğu tarix

1952-ci ildə anadan olmuşdur.

Təhsili

1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

1975 - 1978-ci illərdə aspiranturada oxumuşdur.

1986-cı ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

1990 - 1992-ci illər Moskva şəhərində doktoranturada təhsil almışdır.

1993-cü ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır.

2011-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetində Dünya İqtisadiyyatı ixtisası üzrə İqtisadiyyat Elmləri doktoru dərəcəsini almışdır.

Ailə vəziyyəti

Evlidir, 3 övladı var.

İş təcrübəsi

1980 - 1990-cı illər Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, bölmə müdiri

1991 - 1992-ci illər Azərbaycan Respublikası Prezident Aparatında böyük məsləhətçi

1992-ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə heyəti sədrinin birinci müavini

1995-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə heyətinin sədri vəzifəsinə təyin edilmişdir.

2000-ci ilin aprelində ikinci 5 il müddətinə Azərbaycan Respublikası Milli Bankın İdarə heyətinin sədri vəzifəsinə təyin edilmişdir.

2005-ci ilin aprelində 5 il müddətinə Azərbaycan Respublikası Milli Bankın İdarə heyətinin sədri vəzifəsinə təyin edilmişdir.

2010-cu ilin aprelində 5 il müddətinə Azərbaycan Respublikası Mərkəzi Bankın sədri vəzifəsinə təyin edilmişdir. Dünya Bankının Azərbaycan üzrə sədridir.

2012-cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

2015-ci ilin aprelində 5 il müddətinə Azərbaycan Respublikası Mərkəzi Bankın sədri vəzifəsinə təyin edilmişdir.