oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Valeh Ələsgərov - Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini

Valeh Ələsgərov - Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini

oil fund

Doğulduğu tarix

1946-cı ildə anadan olmuşdur.

Təhsili

Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsini bitirmişdir.

Xarici dillər

Rus, ingilis

Ailə vəziyyəti

Evlidir, 4 övladı var.

İş təcrübəsi

1970-ci ildən “Permneft” birliyi “Kunqurneft” NQÇİ-də böyük mühəndis, növbə rəisi, sex rəisi, baş mühəndis

1982-ci ildən “Permneft” Elmi Tədqiqat və Layihə İnstitutunda bölmə müdiri

1985-ci ildən “Muradxanlı” NQÇİ-də baş mühəndis, idarə rəisinin müavini

1987-ci ildən “Azərneft” Birliyində baş mühəndis, baş direktorun müavini

1992-ci ildən “Azərneft” Dövlət Konserninin vitse-prezidenti, ARDNŞ-nin birinci vitse-prezidenti, şirkətin prezidentinin müşaviri

1995-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

2005-ci il noyabrın 6-da 102 saylı Samux-Şəmkir seçki dairəsindən üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

2005-ci il dekabrın 2-dən Parlament sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri vəzifəsində çalışmışdır.

2010-cu il noyabrın 7-də 102 saylı Samux-Şəmkir seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

2015-ci il noyabrın 1-də 102 saylı Samux-Şəmkir seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

2015-ci il noyabrın 24-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavinidir.

Hazırda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədridir.

Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəridir.

Azərbaycan – Rusiya ikitərəfli parlamentlərarası komissiyasının həmsədridir.