oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

İcraçı direktorun müşaviri - Vadim Pşeniçnıy

İcraçı direktorun müşaviri - Vadim Pşeniçnıy


Doğulduğu tarix

22 oktyabr 1983-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur.


Təhsili

2000–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alıb, riyaziyyatçı.

2004–2006-cı illərdə Bakı Dövlət Universitetində "Optimallaşdırma və optimal idarəetmə" ixtisası üzrə magistr dərəcəsi

2023-cü ildə ABŞ-nin Harvard Universitetinin Biznes Məktəbində idarəetmə üzrə ixtisaslaşma proqramı


Xarici dillər

İngilis, rus


Ailə vəziyyəti

Evlidir, iki övladı var.

İş təcrübəsi

2005–2010-cu illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun Hesablaşmalar departamentində müxtəlif vəzifələrdə çalışıb.

2010–2017-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun Risklərin idarə edilməsi departamentində müxtəlif vəzifələrdə çalışıb.

2017–2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun Risklərin idarə edilməsi departamentinin direktor müavini - Modelləşdirmə və gəlirliliyin ölçülməsi şöbəsinin müdiri vəzifəsində işləyib.

2020-2026-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində işləyib.

2026-cı ilin mart ayından Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.