İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin idarəedilməsi şöbəsinin Aparıcı mütəxəssisi

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (Fond), 1999-cu ildə Azərbaycanın neft və qaz gəlirlərini indiki və gələcək nəsillərin mənafeyi naminə idarə edilməsi və qorunması məqsədilə yaradılmış suveren sərvət fondudur. Fond milli sərvətin qorunması, nəsillərarası ədalətin təmin edilməsi və davamlı iqtisadi inkişafın təşviqində mühüm rol oynayır.

Fond səhmlər, sabit gəlirli qiymətli kağızlar, daşınmaz əmlak və digər maliyyə alətləri də daxil olmaqla, investisiya portfelini idarə edir. Fondun investisiyaları uzunmüddətli maliyyə davamlılığını təmin etməyə və ölkənin iqtisadi sabitliyinə töhfə verməyə yönəlmiş strateji yanaşma ilə idarə olunur.

Fondda İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin idarəedilməsi şöbəsinin Aparıcı mütəxəssisi vakansiyasına müraciət etməklə, Siz təşkilatın kibertəhlükəsizlik strategiyasının real iş mühitində tətbiqinə, təhlükəsizlik mexanizmlərinin gücləndirilməsinə və davamlı risklərin idarə olunmasına birbaşa töhfə vermək imkanı əldə edəcəksiniz.

Siz hansı işləri görəcəksiniz?

  • NGFW, e-mail security gateway, PAM, WAF kimi qabaqcıl kibertəhlükəsizlik alətlərinin layihələndirilməsi, tətbiqi, konfiqurasiyası və idarəedilməsi. Bu alətlərin yüksək keyfiyyətdə işləməsini təmin etmək və problemlərin aradan qaldırılması üzrə operativ tədbirlər görmək;
  • Digər mühafizə vasitələri və idarəetmə sistemləri ilə inteqrasiyaları planlaşdırmaq, layihələndirmək və həyata keçirmək;
  • İnformasiya təhlükəsizlik siyasətləri və standartlarına uyğun olaraq informasiya sistemlərinə nəzarət mexanizmlərinin tətbiqini və monitorinqini həyata keçirmək;
  • Təhlükəsizlik alətlərindən gələn bildirişlərə cavab vermək, risklərlə bağlı analiz aparmaq, onların təsir dairəsini müəyyənləşdirmək və aradan qaldırma addımlarını təyin etmək;
  • Təhlükəsizlik hadisələrinin monitorinqi və analizi: SIEM platformaları vasitəsilə gündəlik və eskalasiya olunmuş təhlükəsizlik hadisələrinin izlənməsi və texniki təhlilinin aparılması;
  • EDR/XDR hadisələrinin araşdırılması: EDR/XDR sistemlərindən daxil olan alarmların texniki analizi, təsnifatı və risk səviyyəsinin qiymətləndirilməsi;
  • SIEM və XDR sistemləri üçün real zamanlı təhdidləri aşkarlayan analitik qaydaların (detection rules) hazırlanması, test edilməsi və tətbiqi;
  • Yeni kiber təhdid və zərərli fəaliyyətlərin təhlili: Yeni kiber təhdidlər, kampaniyalar və zərərli fəaliyyətlər barədə analizlərin hazırlanması və SOC əməliyyatlarına inteqrasiyası;
  • Insidentlər, tapıntılar və tövsiyələr üzrə ətraflı hesabatların hazırlanması, texniki sənədləşmə, auditlər və təhlükəsizlik hesabatlarının hazırlanması.

Sizdən nələr tələb olunur?

  • İnformasiya təhlükəsizliyi, Kibertəhlükəsizlik və İnformasiya texnologiyaları üzrə bakalavr təhsili (Magistr dərəcəsi üstünlükdür);
  • Müvafiq sahədə 3 ilə yaxın iş təcrübəsi;
  • E-mail security gateway, NGFW, PAM və ən azı iki əlavə kibertəhlükəsizlik aləti (məs. DLP, EPP/EDR, SIEM, ELK, SOAR) ilə iş təcrübəsi;
  • Təhlükəsizlik sistemlərinin yaradılması prinsiplərini və praktiki kibertəhlükəsizlik metodlarını (hücumların aşkarlanması və onlardan qorunma üsulları) düzgün analiz etmək bacarığı;
  • Şəbəkə texnologiyaları və infrastruktur təhlükəsizliyi üzrə praktiki biliklər;
  • Kibertəhlükəsizlik üzrə sertifikatların mövcudluğu (ComptiaSecurity +, BTL, CCD, OSDA, OSTH, OSIR).

Axtardığımız namizəd kimdir?

Biz təhlükəsizlik sistemlərinin qurulması prinsiplərini və müasir kibertəhlükəsizlik metodlarını dərindən anlayan, hücumların aşkarlanması və qarşısının alınması üzrə praktiki təcrübəyə malik peşəkar axtarırıq. Namizədin şəbəkə texnologiyaları və infrastruktur təhlükəsizliyi sahəsində güclü biliklərə sahib olması, insidentlərin səbəblərini analitik yanaşma ilə müəyyən edə bilməsi və effektiv risk qiymətləndirmə bacarıqlarına malik olması vacibdir.

Eyni zamanda, komanda mühitində effektiv əməkdaşlıq etmə, prioritetlərə uyğun və müstəqil şəkildə tapşırıqları icra etmə bacarığı əsas tələblər sırasındadır.

Maraqlısınız ?

Güclü komandada çalışaraq karyeranızı inkişaf etdirmək istəyirsinizsə aşağıdakı link üzrə keçid edərək işə qəbul sistemimiz vasitəsilə müraciət edin. Müraciətlər elan müddəti boyunca davamlı olaraq nəzərdən keçiriləcəkdir. Tərəfimizdən yalnız uyğun namizədlər ilə əlaqə saxlanılacaqdır.

Müraciətlər 29 aprel 2026-cı il tarixinədək qəbul edilir.