20 oktyabr 1979-cu ildə anadan olmuşdur.
1995 - 1997-ci illərdə Xəzər Universitetinin Hüquq və Sosial Elmlər
fakültəsində təhsil alıb.
1997 - 2000-ci illərdə Qərb Universitetinin İqtisadiyyatın qanuni
tənzimlənməsi fakültəsində təhsil alıb.
2015 - 2016-cı illərdə Harvard Universitetinin Con Kennedi adına
Hökumət məktəbinin, dövlət idarəçiliyi üzrə magistrı
İngilis, rus, türk
Evlidir, üç övladı var.
1997-2001-ci illərdə HSBC Bank Middle East, Bakı filialında Korporativ Müştərilər üzrə bank xidmətləri və Müştəri Xidmətləri şöbələrində mütəxəssis vəzifəsində çalışıb.
2001-2004-cü illərdə “Regus Business Centre Trading” Ltd-nin Bakı filialında Biznes Mərkəzinin Meneceri vəzifəsində işləyib.
2004-2015-ci illərdə Azərbaycandakı Amerika Ticarət Palatasında (AmCham Azerbaijan) İcraçı Direktor vəzifəsində işləyib.
2016- 2017-ci illərdə Landmark İş Mərkəzinin Biznes Əməliyyatlar üzrə Direktor vəzifəsində işləyib.
6 iyul 2017-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.