Dürüstlük
Biz cəmiyyətin ən yüksək mənəvi dayaqları və etik prinsiplərinə güzəştsiz sadiq qalaraq daxili əminliklə həm doğru düşünür, həm doğru danışır, həm də bunu öz davranış və əməllərimizdə əks etdiririk;
Hörmət
Biz cəmiyyətin ən yüksək mənəvi dayaqları, etik prinsipləri və peşəkar normalarına riayət etməklə, fərqliliklərə və əks fikirlərə təmkin və diqqətlə yanaşırıq;
Nəticəyönümlü komanda işi
Biz konkret nəticələrin əldə olunmasına yönələn səmimi və məhsuldar əməkdaşlıq edirik;
Məsuliyyətli təşəbbüskarlıq
Biz Fondun məqsəd və missiyasından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün məsuliyyətin götürülməsinə və təşəbbüskarlığa cəsarətlə yanaşırıq;
Şəffaflıq və hesabatlılıq
Biz fəaliyyət çərçivəsində məlumatları bütün maraqlı tərəflərə tam, vaxtında və düzgün çatdırır və mütəmadi olaraq yeniləyirik.