Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), 1999-cu ildə Azərbaycanın neft və qaz gəlirlərini indiki və gələcək nəsillərin mənafeyi naminə idarə edilməsi və qorunması məqsədilə yaradılmış suveren sərvət fondudur. ARDNF milli sərvətin qorunması, nəsillərarası ədalətin təmin edilməsi və davamlı iqtisadi inkişafın təşviqində mühüm rol oynayır.
Təşkilat səhmlər, sabit gəlirli qiymətli kağızlar, daşınmaz əmlak və digər maliyyə alətləri də daxil olmaqla, investisiya portfelini idarə edir. ARDNF-nin investisiyaları uzunmüddətli maliyyə davamlılığını təmin etməyə və ölkənin iqtisadi sabitliyinə töhfə verməyə yönəlmiş strateji yanaşma ilə idarə olunur.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyətində strateji kommunikasiya təşkilatın missiyasının, dəyərlərinin və uzunmüddətli məqsədlərinin ictimaiyyətə düzgün, ardıcıl və etibarlı şəkildə çatdırılmasında mühüm rol oynayır. Eyni zamanda təşkilatın reputasiyasının qorunmasına, şəffaflığın təmin edilməsinə, daxili və xarici maraqlı tərəflərlə səmərəli əlaqələrin qurulmasına, habelə ARDNF-nin fəaliyyətinin, investisiya yanaşmalarının və strateji prioritetlərinin müxtəlif platformalar vasitəsilə effektiv şəkildə təqdim olunmasına töhfə verir.
Siz hansı işləri görəcəksiniz?
- Bütün kommunikasiya platformaları və kanalları üzərindən təşkilatın məqsədləri ilə uyğunlaşan vahid kommunikasiya strategiyasını həyata keçirmək;
- Daxili və xarici maraqlı tərəflərlə, o cümlədən investorlarla, dövlət qurumları, media orqanları və tərəfdaşlarla münasibətlər quraraq təşkilatın nüfuzunu və təsirini artırmaq;
- ARDNF-nin rəsmi sosial şəbəkə səhifələrinin idarə edilməsi və aidiyyəti çevik kontentin hazırlanması;
- ARDNF-nin rəsmi internet səhifəsinin idarə edilməsi, auditoriyanın yeni məlumatlarla təmin edilməsi;
- Daxili və xarici kommunikasiya strategiyaları vasitəsilə maraqlı tərəfləri cəlb etmək və təşkilatın təşəbbüsləri və strateji prioritetləri haqqında məlumatlandırma səviyyəsini artırmaq;
- ARDNF-nin investisiya strategiyaları, fəaliyyəti və portfelinin performansı haqqında məlumatlı olmaq, qlobal maliyyə bazarlarını, geosiyasi hadisələri və trendləri izləmək;
- Təşkilatın daxilində işçilər, maraqlı tərəflər və digər daxili auditoriyalar arasında ünsiyyətin və əməkdaşlığın təkmilləşdirilməsini həyata keçirmək;
- Təşkilatın fəaliyyəti ilə bağlı tədbirlərin təşkilinə dəstək göstərmək və zəruri hallarda təqdimat ilə çıxış etmək;
- Struktur bölmənin fəaliyyətinə daxil olan digər vəzifə və öhdəlikləri yerinə yetirmək.
Sizdən nə tələb olunur?
- Ali təhsil (İctimaiyyətlə əlaqələr, beynəlxalq münasibətlər, siyasi elmlər, daxili kommunikasiya və ya əlaqəli sahələr üzrə)
- Müvafiq sahə üzrə ən azı 1-3 il iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları;
- Yüksək keyfiyyətli məzmunun və yazılı materialların hazırlanması bacarığı;
- Canva, Adobe və ya Figma kimi dizayn alətləri ilə iş təcrübəsi, həmçinin Hootsuite, Buffer və ya Meta sosial media idarəetmə platformalarından istifadə bacarığı;
- LinkedIn, Instagram və Facebook platformalarında reklam kampaniyalarının idarə edilməsi üzrə təcrübə;
- Google SEO sahəsində bilik və praktiki təcrübə üstünlük hesab olunur.
Axtardığımız namizəd kimdir?
Uğurlu namizəd detallara diqqət yetirən, proaktiv yanaşma nümayiş etdirən, güclü ünsiyyət bacarıqlarına malik olmaqla yanaşı strukturlaşdırılmış institusional mühitdə effektiv fəaliyyət göstərə bilən peşəkar olmalıdır.
Maraqlısınız?
Güclü komandada çalışaraq karyeranızı inkişaf etdirmək istəyirsinizsə aşağıdakı link üzrə keçid edərək işə qəbul sistemimiz vasitəsilə müraciət edin.
Müraciətlər elan müddəti boyunca davamlı olaraq nəzərdən keçiriləcəkdir. Tərəfimizdən yalnız uyğun namizədlər ilə əlaqə saxlanılacaqdır.
Müraciət üçün son tarix: 20 aprel 2026