oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF Pekində keçirilən beynəlxalq seminarda ESG təcrübəsini təqdim edib

21 Jun 2025 16:29:00

ARDNF Pekində keçirilən beynəlxalq seminarda ESG təcrübəsini təqdim edib

21 Jun 2025 16:29:00

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Çin İnvestisiya Korporasiyası (CIC) və Suveren Fondların Beynəlxalq Forumu (SFBF) tərəfindən Pekində birgə təşkil olunmuş Dayanıqlılıq seminarında iştirak edib.

Tədbirdə ARDNF-in Dayanıqlılıq üzrə mütəxəssisləri Nigar Əzizova və Əli Hüseynov Fondun təcrübəsini bölüşüblər. Nigar Əzizova çıxışı zamanı Fondun ESG (Ətraf mühit, Sosial və İdarəetmə) prinsipləri üzrə çərçivə sənədinin hazırlanması, müxtəlif aktiv siniflərində inteqrasiyanın dərinləşdirilməsini nəzərdə tutan yol xəritəsi, həmçinin şəffaflıq istiqamətində əldə edilən nailiyyətlər barədə məlumat verib. O, həmçinin xarici menecerlərlə əməkdaşlıq təcrübəsi və bu prosesdə üzləşilən çağırışlara da toxunub.

Seminar çərçivəsində SFBF üzvləri dayanıqlı investisiya təcrübələri, ESG prinsiplərinin tətbiqində şəffaflığın gücləndirilməsi və suveren sərvət fondları arasında qarşılıqlı kommunikasiya imkanları barədə fikir mübadiləsi aparıblar.

Xəbərlərə abunə ol