İnsan resursları departamentinin aparıcı mütəxəssisi (Performansın idarəedilməsi üzrə)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), 1999-cu ildə Azərbaycanın neft və qaz gəlirlərini indiki və gələcək nəsillərin mənafeyi naminə idarə edilməsi və qorunması məqsədilə yaradılmış suveren sərvət fondudur. ARDNF milli sərvətin qorunması, nəsillərarası ədalətin təmin edilməsi və davamlı iqtisadi inkişafın təşviqində mühüm rol oynayır.

Təşkilat səhmlər, sabit gəlirli qiymətli kağızlar, daşınmaz əmlak və digər maliyyə alətləri də daxil olmaqla, investisiya portfelini idarə edir. ARDNF-nin investisiyaları uzunmüddətli maliyyə davamlılığını təmin etməyə və ölkənin iqtisadi sabitliyinə töhfə verməyə yönəlmiş strateji yanaşma ilə idarə olunur.

Performansın idarəedilməsi üzrə aparıcı mütəxəssis təşkilat daxilində işçilərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi prosesinin məqsədlərini, habelə performansın idarəedilməsi prosesi çərçivəsində tətbiq olunan qaydaların işlənib hazırlanmasını və daim təkmilləşdirilməsini təmin etməklə yanaşı, təşkilati məqsədlərin hər bir əməkdaşa və departamentə düzgün şəkildə çatdırılmasına, kompensasiya və müavinətlər sisteminin ədalətli və rəqabətədavamlı olmasına cavabdehdir.

Siz hansı işləri görəcəksiniz?

  • Təşkilatda performansın idarə edilməsi strategiyasını, siyasət və prosedurlarını hazırlamaq və onların effektiv şəkildə tətbiqini təmin etmək;
  • Hədəflərin müəyyənləşdirilməsi, yarımillik izləmə və illik qiymətləndirmə mərhələlərini vaxtında və ardıcıl şəkildə əlaqələndirmək;
  • Performans qiymətləndirmə formaları və metodik sənədlərin hazırlanmasını təmin etmək;
  • Fərdi və departament hədəflərinin təşkilatın strateji məqsədləri ilə uyğunlaşdırılmasını təmin etmək;
  • Fərdi və struktur bölmə səviyyəsində əsas fəaliyyət göstəricilərinin (ƏSG/KPI) müəyyənləşdirilməsi, razılaşdırılması və izlənilməsi prosesini idarə etmək;
  • Hədəflərin SMART prinsiplərinə uyğunluğunu və nəticəyönümlülüyünü təmin etmək;
  • Vəzifə təhlili aparmaq və əməkhaqqı şkalasının müəyyənləşdirilməsi prosesini həyata keçirmək;
  • Əməkhaqqı proqramlarını mütəmadi nəzərdən keçirmək və təkmilləşdirmək; bütün əməkhaqqı dəyişikliklərinin və vəzifə yüksəlişlərinin vaxtında və düzgün icrasını təmin etmək;
  • Kompensasiya və müavinətlər üzrə prosedurları hazırlamaq, optimallaşdırmaq və müntəzəm yeniləmək;
  • Müavinət sistemləri, proqramları və siyasətləri üzrə araşdırmalar aparmaq və təhlillər hazırlamaq;
  • Əmək bazarındakı kompensasiya trendlərini izləmək və təhlil etmək;
  • Əməkdaşların motivasiyasını və performansını artırmaq məqsədilə mükafatlandırma və bonus modellərini hazırlamaq;
  • Excel, Power BI və ya digər analitik alətlər vasitəsilə performans göstəriciləri, kompensasiya məlumatları və işçi heyətinə dair İR hesabatları və informasiya panelləri hazırlamaq və aktual saxlamaq;
  • Performans dövrünün icra vəziyyəti və effektivliyi barədə rəhbərliyə müntəzəm hesabatlar təqdim etmək;
  • İnsan resursları departamentinin fəaliyyət istiqamətinə uyğun digər tapşırıq və öhdəlikləri yerinə yetirmək.

Sizdən nə tələb olunur?

  • İnsan resurslarının idarə edilməsi, biznesin idarəedilməsi, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • İnsan resursları sahəsində peşəkar sertifikat (CIPD, SHRM-CP/SCP) üstünlükdür;
  • Performansın idarə edilməsi və kompensasiya-müavinətlər sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Orta və iri miqyaslı strukturlaşdırılmış təşkilatlarda performans idarəetmə sistemlərinin qurulması və tətbiqi üzrə praktik təcrübə;
  • Vəzifənin qiymətləndirilməsi qabaqcıl təcrübə metodologiyaları üzrə bilik üstünlükdür;
  • Microsoft Excel üzrə yüksək səviyyəli bilik; Power BI və ya digər vizualizasiya alətləri üzrə bilik üstünlük sayılır;
  • Mürəkkəb məlumatları sadə və tətbiqə yararlı nəticələrə çevirmək bacarığı;
  • Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı.


Axtardığımız namizəd kimdir?

Uğurlu namizəd proseslərə sistemli yanaşan, məlumatları təhlil edib praktiki nəticələr çıxara bilən, komandada səmərəli işləyən, lazım olan hallarda təşəbbüs göstərən və fikirlərini aydın şəkildə ifadə edə bilən peşəkardır.

Maraqlısınız?

Güclü komandada çalışaraq karyeranızı inkişaf etdirmək istəyirsinizsə aşağıdakı link üzrə keçid edərək işə qəbul sistemimiz vasitəsilə müraciət edin.

Müraciətlər elan müddəti boyunca davamlı olaraq nəzərdən keçiriləcəkdir. Tərəfimizdən yalnız uyğun namizədlər ilə əlaqə saxlanılacaqdır.


Müraciət üçün son tarix: 20 aprel 2026