Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) önəmli təhsil, enerji, nəqliyyat və investisiya layihələrinin maliyyələşdirilməsində fəal iştirak etməklə, ölkədə neft və qaz kapitalının insan kapitalına çevrilməsi siyasətinə öz töhfəsini verməkdədir. Xüsusən gənc kadrların potensialını yüksək dəyərləndirən ARDNF xüsusi istedadlı şəxslərin burada çalışması üçün çox əlverişli iş mühiti yaratmışdır.
Bu mənada, öncəlikli hədəfimiz, istedadları cəlb etmək, inkişaf etdirmək və əməkdaşlarımızın qarşılıqlı inam şəraitində birlikdə çalışacağı korporativ mədəniyyət qurmaqdır.
Bu məqsədlə, Fond təhsil müəssisələri tərəfindən təşkil olunan karyera sərgiləri və digər platformalarda fəal iştirak etməklə yanaşı, məzunlar üçün təcrübə proqramlarını həyata keçirir.
Təcrübə proqramlarının təşkili ilə bağlı uğurlu təcrübəmizi nəzərə alaraq, Fondda Yay Təcrübə Proqramının təşkili nəzərdə tutulmuşdur.
Real iş təcrübəsi qazanmaq üçün ARDNF ailəsinə qoşulmağa hazırsınız?
Yüksək ixtisaslı peşəkarlardan ibarət dinamik komandamız sizlərə maliyyə sahəsində ən çox tələb olunan yenilik və bacarıqları qazanmaq imkanı yaradır. Siz gündəlik real iş proseslərində iştirak edərək həm peşəkar , həm də şəxsi bacarıqlarınızı inkişaf etdirmək, eləcə də, praktiki təcrübə əldə etməkimkanı qazanacaqsınız.
Bakalavr, magistr, MBA dərəcələri üzrə təhsilini 2022 və 2023-cü illərdə başa vuran bütün yeni məzunlar, eləcə də, yüksək akademik göstəricilərə malik ikinci kurs magistr və ya MBA dərəcələri üzrə təhsil alan tələbələri bu proqrama qoşulmağa dəvət edirik.
Tələblər:
Həm Azərbaycan, həm də ingilis dillərini mükəmməl bilmək (əlavə dilləri bilmək üstünlükdür).
MS Office proqramlarında, xüsusən, Excel və PowerPoint proqramlarında biliyə sahib olmaq mütləqdir (digər proqramlarda işləmək bacarığı üstünlükdür)
Tələblərə uyğun gələn namizədlər sahə ilə əlaqəli test imtahanında, keys həlli üzrə qrup müzakirəsində və fərdi müsahibə sessiyasında iştirak etməyə dəvət olunacaqlar. Bu mərhələlərlə bağlı daha ətraflı məlumat namizədlərə fərdi qaydada təqdim olunacaqdır.
Müraciət etmək üçün CV-nizi GraduateProgram@oilfund.az ünvanına göndərib mövzu hissəsində müvafiq struktur bölmənin adını qeyd etməyiniz xahiş olunur.
Müraciətlərin qəbulu üçün son icra tarixi: 2023-cü il, 28 aprel
Sizi təcrübə proqramında görməkdən məmnunluq duyarıq.
Proqramın müddəti 2023-cü ilin iyun-iyul aylarını əhatə edir (ödənişsiz)
Təcrübə proqramının keçirləcəyi departamentlər:
İnvestisiya departamenti
Fakültə: Biznesin idarə edilməsi, Maliyyə və ya İqtisadiyyat
Risklərin idarəedilməsi departamenti
Fakültə: Maliyyə, İqtisadiyyat və ya Riyaziyyat
Neft kontraktları departamenti
Fakültə: Biznesin idarə edilməsi, Maliyyə və ya İqtisadiyyat
Büdcə proqnozlaşdırma və layihələr departamenti
Fakültə: İqtisadiyyat
Mühasibat uçotu və hesabatı departamenti
Fakültə: Mühasibat, Audit və ya Maliyyə
İctimaiyyətlə əlaqələr departamenti
Fakültə: İctimaiyyətlə Əlaqələr, Marketinq və ya Jurnalistika
Hesablaşmalar departamenti
Fakültə: Mühasibatlıq, Bank işi və ya Maliyyə
İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin idarəedilməsi şöbəsi
Fakültə: İnformasiya təhlükəsizliyi, İT İdarəetmə və ya Mühəndislik
İnformasiya texnologiyaları departamenti
Fakültə: Kompüter Elmləri, Kompüter Mühəndisliyi və ya Tətbiqi Riyaziyyat
Hüquq departamenti
Fakültə: Hüquq
İnsan resursları departamenti
Fakültə: İnsan Resursları və ya İctimaiyyətlə əlaqələr
Daxili audit departamenti
Fakültə: Maliyyə, Mühasibat, Audit