Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə olunmasını təmin etmək məqsədilə qərara alıram:
2.1 Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Sıra №-si | Gəlir mənbələri | Gəlirlərin məbləği (min manat) |
2.1.1. | Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlir (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) | 8 550 990,1 |
2.1.2. | Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlir | 3,7 |
2.1.3. | Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir | 4 075 846,5 |
2.1.4. | Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar | 1 078,7 |
2.1.5. | Neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı dividend ödənişləri | 404 421,5 |
2.1.6. | Cəmi | 13 032 340,5 |
2.2 Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
Sıra №-si | Xərc istiqamətləri | Xərclərin məbləği (min manat) |
2.2.1. | Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinə transfertin yuxarı həddi | 12 835 000,0 |
2.2.2. | Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi | 7 095,0 |
2.2.3. | Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarınadair2022–2028-ciillər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsi | 92 729,0 |
2.2.4. | “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 iyul tarixli 673 nömrəli Sərəncamına əsasən beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi | 32 832,6 |
2.2.5. | “Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 dekabr tarixli 836 nömrəli Sərəncamının 1-ci hissəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi | 6 440,0 |
2.2.6. | Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər | 41 925,0 |
2.2.7. | Cəmi | 13 016 021,6 |
3. “2026-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” təsdiq edilsin (əlavə olunur).
4. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilsin (əlavə olunur).
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2025-ci il