oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) sammitində iştirak edib

22 Oct 2025 11:40:00

ARDNF Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) sammitində iştirak edib

22 Oct 2025 11:40:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İnvestisiyada əməliyyatlar departamentinin əməkdaşları “Baker McKenzie” və Sinqapur İnvestisiya Korporasiyasının (GIC) birgə təşkilatşılığı ilə Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) hüquq sahəsində keçirilən beynəlxalq sammitində iştirak edib. Sinqapurda keçirilən üçgünlük tədbirə suveren fondlardan və özəl sektordan 200-dən çox nümayəndə qatılıb. Sammitdə qlobal vergi siyasətləri, süni intellektlə bağlı risklər və idarəetmə mexanizmləri, komplayns sahəsində qabaqcıl təcrübələr, geosiyasi dəyişikliklər fonunda beynəlxalq investisiyalar kimi aktual mövzular müzakirə olunub.

Tədbir çərçivəsində keçirilən “Komplayns funksiyası – ən yaxşı təcrübələr və bilik mübadiləsi” adlı paneldə ARDNF-nin Komplayns üzrə meneceri Nigar Usubova Fond və SFBF tərəfindən birgə hazırlanmış “Komplayns kontekstində: suveren fondlarda idarəetmə strukturları və risklərin prioritetləşdirilməsi” adlı yeni hesabat barədə məlumat verib.

O, ARDNF-də komplayns fəaliyyətinin məlumat əsaslı qərarvermə, hesabatlılığın təkmilləşdirilməsi və texnoloji həllərin tətbiqi vasitəsilə davamlı inkişaf etdiyini qeyd edib, həmçinin beynəlxalq təcrübənin və bençmarkların komplayns sistemlərinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Xəbərlərə abunə ol